Prezidentlə xanımı Binədə açılışa qatıldı - YENİLƏNİB

Prezidentlə xanımı Binədə açılışa qatıldı - YENİLƏNİBHeydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.
KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Qeyd edək ki, Binə qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində indiyədək təhsil ocaqları olmadığından şagirdlər yaxın ərazilərdəki tədris müəssisələrində oxumaq məcburiyyətində idilər. Sakinlər bu ərazidə məktəb və uşaq bağçasının inşası ilə əlaqədar Heydər Əliyev Fonduna müraciətlər etmişdilər. Müraciətlər araşdırılıb, bu massivlərdə uşaqların və məktəblilərin təhsil ala biləcəyi məktəb və məktəbəqədər müəssisələrin olmadığı müəyyən edilib. Bu səbəbdən 2020-2021-ci illərdə Heydər Əliyev Fondun təşəbbüsü ilə Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi inşa olunub.
Kompleksin ərazisində orta məktəb və körpələr evi-uşaq bağçası, stadion və idman sahələri yaradılıb. Ərazi abadlaşdırılaraq müxtəlif növ ağaclar əkilib, həmçinin istirahət parkı salınıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində tikilmiş 292 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış oldular.
Bildirildi ki, 1400 şagird yerlik məktəbin dördmərtəbəli binasında sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətində günəş, külək və mexaniki elektrik enerjisi qurğularının modelləri quraşdırılıb.
Binə qəsəbəsinin balaca sakinləri də unudulmayıb. Heydər Əliyev Fondu təşəbbüsü ilə kompleksdə 192 yerlik körpələr evi-uşaq bağçası inşa edilib.
Bağça ilə tanış olan dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, burada qrup, yataq, oyun və yaradıcılıq otaqları, müəllimlər üçün metodiki otaqlar, idman və akt zalları, yeməkxana və mətbəx yaradılıb. Uşaq bağçası zəruri mebel və avadanlıqlarla təchiz edilib. Həyətyanı ərazidə oyun və idman meydançası da salınıb.
Tədris və Xidmət Kompleksinin ərazisində gündəlik 100 pasiyentə xidmət göstərmək imkanı olan tibb məntəqəsi və 150-yə qədər vətəndaşa xidmət göstərə biləcək poçt məntəqəsi inşa edilib.
Onu da qeyd edək ki, elm və təhsil Heydər Əliyev Fondunun ictimai fəaliyyətinin əsas prioritetləri sırasındadır. Fondun uğurla icra olunan layihələrindən biri "Yeniləşən Azərbaycana – yeni məktəb" proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.
Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksi kimi layihələrin icrası ilə Heydər Əliyev Fondu Prezident İlham Əliyevin konseptual təhsil strategiyasının həyata keçirilməsinə əsaslı töhfə verir.
Prezidentlə xanımı Binədə açılışa qatıldı - YENİLƏNİBPrezidentlə xanımı Binədə açılışa qatıldı - YENİLƏNİBPrezidentlə xanımı Binədə açılışa qatıldı - YENİLƏNİBPrezidentlə xanımı Binədə açılışa qatıldı - YENİLƏNİBPrezidentlə xanımı Binədə açılışa qatıldı - YENİLƏNİBPrezidentlə xanımı Binədə açılışa qatıldı - YENİLƏNİBPrezidentlə xanımı Binədə açılışa qatıldı - YENİLƏNİBPrezidentlə xanımı Binədə açılışa qatıldı - YENİLƏNİBPrezidentlə xanımı Binədə açılışa qatıldı - YENİLƏNİB***
 10:23
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.
KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Siyasi       Tarix: 28 yanvar 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl


son xeberler azerbaycan xeberleri yeni xeberler maliyye xeberler bugun cəbhədən son məlumat cəbhədən görüntüleri ən son xeberler