Prezidentlər qarşısında çıxış edən Lalə Məmmədova: "Bu, sənətimdə tarixi bir an oldu" - FOTO

Prezidentlər qarşısında çıxış edən Lalə Məmmədova: Prezidentlər qarşısında çıxış edən Lalə Məmmədova: "Bu, sənətimdə tarixi bir an oldu" - FOTO
"Heç bilməzdim ki, ziyafətdən sonra bu qədər diqqət çəkəcəyəm. Mən hər bir sənət yoldaşımın uğuruna sevinirəm. Səhər açıldı, həmkarlarım və sıravi insanlardan çox gözəl və xoş mesajlar aldım. Hamı məni ziyafətdəki çıxışımla təbrik etdi. İnanın söz tapa bilmədim, ürəyim dağa döndü".  
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət başçımız tərəfindən "Gülüstan" sarayında verilən ziyafətdə çıxış edən Əməkdar artist Lalə Məmmədova Bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.  
Sənətçi mötəbər mərasimdəki çıxışı ilə bağlı sevinc hislərini bu sözlərlə ifadə edib:  
"İki böyük ölkənin rəhbərləri və onların xanımlarının önündə çıxış etmək qürurvericidir. O məsuliyyətdən, həyəcandan ağlıma gətirə bilməzdim ki, bundan sonra bu mərhələ başlayacaq və hər kəs çıxışımla bağlı xoş sözlərini ünvanlayacaq. Bu mənim sənətimdə tarixi bir an, hadisə oldu. Heç gözləmirdim ki, gecə bitdikdən sonra onlar bizimlə gəlib görüşəcəklər. Mərasimdə olduqca səmimi ab-hava yaşanırdı. Biz musiqiçilər çox həyəcanlı idik. Hər zaman deyirəm ki, bir idmançılar, bir də musiqiçilər ömürlərinin sonuna qədər hər çıxışlarında özlərini sübut etməlidirlər. Dövlətlərin rəhbərləri tərəfindən bizim çıxışımız çox yüksək qiymətləndirildi. Konserti izləyənlər yazıb dedilər ki, hər şey muncuq kimi düzülmüşdü. Artıq-əskik heç nə yox idi".  
Prezidentlər qarşısında çıxış edən Lalə Məmmədova: L.Məmmədova ziyafətdə niyə məhz "Sən Müşfiqin yanında qal, sənə qurban" mahnısını səsləndirməsini bu cür açıqlayıb:
"Ziyafətdə mən və sənət yoldaşlarım Rəcəb Tayyib Ərdoğanın sevdiyi nəğmələri səsləndirdik. Mənim oxuduğum Mikayıl Müşfiqin sözlərinə yazılmış "Sən Müşfiqin yanında qal, sənə qurban" mahnısı isə həm Azərbaycanda, həm də Türkiyə musiqi dünyasında əhəmiyyətli yer tutur. Düzdür, bu mahnının sözlərini türklər başqa cür dəyişib oxuyurlar, amma mən Mikayıl Müşfiqin orijinal yazdığı kimi oxudum. Seçim çox düzgün idi".  
Əməkdar artist bu çıxışının anası və qızları tərəfindən də çox bəyənildiyini vurğulayıb:
"Anam çıxışımı çox yüksək dəyərləndirdi. Təəssüfləndiyim məqam isə atamın yoxluğudur. Kaş ki, atam da sağ olardı və bunları görərdi. Amma bu günə də şükür. Demək qismətdə anamın bu anlara şahidlik etməsi idi. Böyük qızımın başı qarışıb "Son zəng"ə. Amma kiçik qızım təəccüb və heyrət içində söylədi ki, "Ana sən prezidentlərin önündə oxumusan". Uşaqdır da... Amma inanın qızlarımın sevincinin həddi-hüdudu yox idi. Mənim də bu tarixi günə bir qatqım olduğuna görə çox sevincli və qürurluyam".

Şou Biznes       Tarix: 14 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun hava haqqinda enson xeberler sonxeberler