"Prezidentlərimizin qərarı qətidir" - Hulusi Akar
Türkiyə və Azərbaycan arasındaki hərbi əməkdaşlıq aqressiv xarakter daşımır.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıya rəsmi səfəri zamanı deyib.
O qeyd edib ki, iki ölkə hər kəsin hüquq və qanunlarına hörmət edir.
"Biz istəyirik ki, bölgədə sülh mühiti yaransın. Bu yaxınlarda baş vermiş müharibədən sonra Ermənistana sülh əli uzandı. Bu sülh əlinin tutulmasını və lazımi cavabın verilməsini gözləyirik. Bu, bütün Qafqazda sülhün və müvafiq olaraq rifahın hökm sürməsi üçün vacib məsələdir", – deyə o bildirib.
Nazir əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar tamamilə Azərbaycan xalqının hüquq və mənafeləri üzərində qurulub.
Akar, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın üçüncü şəxslər üçün təhlükə olmadığını vurğulayıb: "Prezidentimizin Ərdoğan və cənab Prezident Əliyevin qərarları qətidir. Biz qardaşıq, birik, bir yerdəyik və bundan sonra da belə olmağa davam edəcəyik".

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü