Problemli kreditlərin azalma səbəbləri nələrdir? - İqtisadçıdan AÇIQLAMA

Problemli kreditlərin azalma səbəbləri nələrdir? - İqtisadçıdan AÇIQLAMAAzərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 690,2 milyon manat təşkil edib. Belə ki, bu, fevralın 1-i ilə müqayisədə 2,3 % azdır. Problemli kreditlər ilin əvvəlinə nisbətən 4,1 %, son 1 ildə isə 24,8 % azalıb. Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,9 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il fevralın sonuna isə 6,3% olub.
Maraqlıdır, problemli kreditlərin azalma səbəbləri nələrdir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, aparılan islahatlar bu sahədə müsbət dinamika yaradıb:
Problemli kreditlərin azalma səbəbləri nələrdir? - İqtisadçıdan AÇIQLAMA"2019-cu ildə problemli kreditlərin, xüsusilə valyutada götürülmüş kreditlərin zərərinin kompensasiyası ilə bağlı qəbul edilən qərar və həmin qərarın icrası bu sahədə müsbət dinamika yaratdı. 2015-ci ildə manatın məzənnəsinin ucuzlaşmasından sonra Azərbaycanda problemli kreditlərin həcmi xeyli artmışdı. Pandemiya dövründə biznesin maliyə yükünün aradan qaldırılması ilə bağlı bəzi qərarlar qəbul edildi. Bir milyarda qədər kreditin faizinin subsidiyalaşdırılması problemli kreditlərin ödənilməsinə əsas dəstəklərdən biri oldu. Həmçinin, Mərkəzi Bank prudinsial qaydalara müəyyən dəyişikliklər etdi. Daha doğrusu, AMB müvəqqəti tətillərin verilməsi ilə bağlı qərarlar qəbul etdi. Yəni, ötən dövr ərzində gecikmiş kreditlərin birbaşa olaraq problemli kreditlər siyahısına daxil edilməməsi ilə bağlı banklara tətil verildi. Bütövlükdə götürdükdə bu proses problemli kreditlərin həll edilməsi istiqamətində əhəmiyyətli təsir göstərdi".
İqtisadçı bildirib ki, hazırda problemli kreditlərin xüsusi çəkisi azalmaqdadır:
"Digər tərəfdən dövlət banklarının, xüsusilə də Beynəlxalq Bankın problemli kreditlərin həll edilməsi ilə bağlı strategiyanı icra etməsi ötən dövr ərzində problemli kreditlər sahəsində formalaşmış əsas yükün aradan qaldırılmasında mühüm rol oynayıb. Portfelin genişlənməsi bu istiqamətdə faizin aşağı düşməsini şərtləndirir. Ötən iki il ərzində kredit portfelində artımlar müşahidə olunur. Hökumət 500 milyon manat həcmində kreditlərin 60 faizinə zəmanətin verilməsi ilə bağlı qərar qəbul edib. Bu qərar da portfelin genişlənməsini dəstəkləyən faktordur. Çünki portfel böyüdükcə problemli kreditlərin xüsusi çəkisi də azalır".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 23 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri kriminal xabar az