Professor Mustafa Aydın: "Azərbaycan COP29 Zirvəsi ilə yüksək təşkilatçılıq imkanlarını bir daha sübut etdi

Professor Mustafa Aydın: "Azərbaycanın ev sahibliyi ilə baş tutan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransı(COP29)yüksək təşkilatçılıq və bir sıra mühüm qərarların qəbul edilməsi ilə yadda qaldı. İndiyədək çox sayda irimiqyaslı beynəlxalq tədbirə uğurla ev sahibliyi edən Azərbaycan COP29-da bütün iştirakçı dövlətlərin fəal iştirakı üçün yaratdığı şəraitlə bir daha yüksək təşkilatçılıq imkanlarına diqqət çəkdi".
Bu sözləri Editor.az-a açıqlamasında Türkiyənin nüfuzlu İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydın Azərbaycanda keçirilən COP29 sammitini şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyə bu böyük sammitdə geniş tərkibdə və yüksək səviyyədə iştirak etdi: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 2053-cü il üçün Xalis Sıfır Emissiya Hədəfi və enerji transformasiyası strategiyaları haqqında açıqlamaları dünya ictimaiyyətində böyük diqqət və maraq oyandırdı".
Professor Mustafa Aydın Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli münasibətinə diqqət çəkərək, rəhbərlik etdiyi İstanbul Aydın Universitetinin təhsildən enerjiyə, ətraf mühitdən texnologiyaya qədər bir çox sahədə ciddi tədqiqatlar və layihələr icra etdiyini bildirib: "Universitetlər təkcə bilik istehsal etməməli, həm də gələcəyin ekoloji şüurlu liderlərinin yetişdirilməsində fəal rol almalıdırlar. İstanbul Aydın Universiteti iqlim dəyişikliyi ilə mübarizə məsələlərini keçirilən dərslərin məzmununa inteqrasiya edərək tələbələrin ətraf mühit haqqında məlumatlılığını artırmağı hədəfləyir. Bundan əlavə, biz karbonun təsirlərini azaltmaq üçün müvafiq araşdırmalar apararaq, qlobal problemlərin həlli naminə müxtəlif təkliflərlə çıxış etməyə davam edəcəyik".
Professorun sözlərinə görə, hazırda universitet şəhərciklərinin enerji ehtiyacları bərpa olunan mənbələrdən qarşılanır. Mustafa Aydın günəş enerjisi panelləri və enerjiyə qənaət edən texnologiyalarla dayanıqlı kampus mühiti yaratmağı hədəflədiklərini bildirib: "Prezident Ərdoğanın liderliyi ilə milli uğur hekayəsinə çevrilən Sıfır Tullantı Layihəsi İstanbul Aydın Universitetinin prioritet gündəm mövzularından biridir. Biz universitet şəhərciyimizdə təkrar emal infrastrukturunu gücləndirdir və orqanik tullantıları komposta çeviririk. Bundan əlavə, Yozgat şəhərinin Yerköy qəsəbəsində quraşdırdığımız günəş enerjisi paneli sistemini ekoloji cəhətdən təmiz enerji istehsalına ciddi töhfələr verir və bölgədə enerji səmərəliliyi səylərini dəstəkləyir".
Professor Mustafa Aydın Milli Ağaçlandırma Günündə yüzlərlə fidan əkməklə tələbələr arasında ekoloji maarifləndirmə işləri apardıqlarını və gələcəyə yaşıl bir miras qoymağı hədəflədiklərini qeyd edib. COP29 kimi zirvələrin beynəlxalq əməkdaşlıq sahəsində iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını deyən Aydın, İstanbul Aydın Universitetinin qlobal ekoloji problemlərin həllinə yönəlmiş layihələrdə iştirakını davam etdirəcəyini bildirdi: "İstanbul Aydın Universiteti olaraq iqlim dəyişikliyi ilə mübarizədə öz məsuliyyətimizi dərk edirik. Bu istiqamətdə maarifləndirici fəaliyyətlərimizi, sosial layihələrimizi icra davam edirik. Bu səylər təkcə bu gün üçün deyil, həm də gələcək nəsillərin yaşayacağı dünya üçün böyük əhəmiyyət kəsb edir. Türkiyənin yaşıl strategiyası ilə daha böyük uğurlar əldə edəcəyinə əminik". / azxeber.com

Sosial       Tarix: 26 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler sonxəbərlər cəbhədən xəbərlər bu gunun xeberleri