Psixi pozuntusu olan şəxsləri necə müəyyən etmək olar? - Həkim simptomları AÇIQLADI

Psixi pozuntusu olan şəxsləri necə müəyyən etmək olar? - Həkim simptomları AÇIQLADIÖz fikirlərini düzgün şəkildə ifadə etməyi bacaran, haqqlarının pozulmasına etiraz edən 3 saylı uşaq evinin sakini Məhəmmədin "psixi pozuntusu var" adıyla psixiatriya xəstəxanasına yerləşdirilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, böyük kütlə 17 yaşlı uşağın tam sağlam olduğunu, öz haqq və hüquqlarını bildiyini, normal davranış sərgilədiyini əsas gətirərək onun heç bir psixi pozuntusunun olmadığını bildiriblər. Bu məsələ həmçinin "psixi pozuntusu olan şəxsin davranışları" ilə bağlı mövzunu da gündəmə gətirib. Maraqlıdır, görəsən psixi problemi olan şəxsləri necə və hansı simptomlardan müəyyən etmək mümkündür? 
Mövzunu KONKRET.az-a şərh edən həkim-psixiatr Abdulla Şıxlinski bildirib ki, psixiatriya təbabətin çox mürəkkəb bir bölməsidir: "Psixi xəstəliklərin həddindən artıq çox simptomları mövcuddur. Psixi xəstəliklərin özü iki böyük qrupa (nevrotik – yüngül və psixiatik – ağır) bölünür. Ümumiyyətlə, psixi xəstələrin hansısa qısamüddətli psixi pozuntudan əziyyət çəkdiyini bilmək üçün ətrafdakı insanlardan böyük diqqət tələb olunur. Təbii ki, mütəxəssislər bunu ilk baxışdan sezmək qabiliyyətinə malikdir. Hazırda yaz aylarıdır. Bütün psixi xəstəliklər kəskinləşir. Hətta sağlam insanlarda da yeni psixi xəstəliklər formalaşa bilər. Yəni mart-aprel ayları bu baxımdan çox təhlükəli hesab edilir. Ona görə də insanlara qarşı çox diqqətli olmaq vacibdir".
Psixi pozuntusu olan şəxsləri necə müəyyən etmək olar? - Həkim simptomları AÇIQLADIAbdulla Şıxlinskinin sözlərinə görə, psixi xəstə insanlar ətraf aləmi ya hissəvi, ya da bütünlüklə real qəbul etmədikləri üçün onların davranışlarında, düşüncə və danışıqlarında müəyyən dəyişikliklər baş verir: "Məsələn, uzun illər sakit təbiəti və xeyirxahlığı ilə seçilən bir insan qəfildən aqressivləşir, ətrafdakılara qarşı laqeydləşir və qəddarlaşır. Bundan əlavə insanlarda özünəqapanma baş verir. Yəni insanın ətrafdakılara qarşı ünsiyyəti azalır. Bir şəxs özünə qapanır və günlərlə küçəyə çıxmır. Ağır hallarda bu cür insanları məcburi xəstəxanaya da yerləşdirirlər ki, özünə qəsdə cəhd etməsin. Bundan əlavə, psixi xəstələri tanımaq üçün onlarla söhbətləşmək lazımdır. Çünki bəzən onların danışdıqları fantastik xarakter daşıyır və sayıqlama dərəcəsinə qədər gəlib çatır. Digər tərəfdən bu cür insanlar  həqiqətdə baş verməyən əhvalatları nəql edirlər. Hansı ki, buna "yalançı xatirələr" deyilir. Həmçinin, psixi xəstə insanlarda anidən və səbəbsiz yerə aqressiya yaranır. Yəni onların gözlədikləri hadisə olmadıqda ətrafdakılara qarşı aqressiya püskürürlər. Bu zaman ətrafdakılara hücum edə, əllərindəki əşyaları sındıra bilərlər".
Həkim-psixiatr əlavə edib ki, insanın psixi xəstəlikdən əziyyət çəkməsindən şübhələnmək üçün onun keçmiş həyatı haqqında müəyyən informasiya yığmaq lazımdır: "Yəni harada yaşaması, hansı şəraitdə böyüməsi, nəslində bu cür xəstələrin olub-olmaması müəyyənləşdirilməlidir. İstənilən ruhi xəstə ətraf aləmi qeyri-real qavrayır. Bunun nəticəsində isə psixi xəstələrdə insanlara şübhə ilə yanaşmaq, adamlardan qaçmaq, hətta onları öldürmək haqda plan qurmaq, özünə qapanmaq kimi xüsusiyyətlər yaranır. Psixi xəstələr çox vaxt həyəcanlı vəziyyətdə görünürlər, öz yerlərində dayana bilmirlər, baxışları isə bir nöqtəyə dikilir. Ən əsası isə onlar ətraf mühitdə olan insanların arzu və maraqlarını, eləcə də cəmiyyətin qanunlarını nəzərə almırlar. Əsasən öz sayıqlama ideyalarının nəzarəti altında hərəkət edirlər".
Müşviq Tofiqoğlu,
KONKRET.az    

Sağlamlıq       Tarix: 05 aprel 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az ən son xeberler son xəbərlər iqtisadiyyat xeberleri bugun