Publisist Asif Bəkirlinin növbəti "KAMİLLİYƏ DOĞRU" kitabı işıq üzü görüb

Publisist Asif Bəkirlinin növbəti Publisist Asif Bəkirlinin yeni "KAMİLLİYƏ DOĞRU" adlı kitabı nəşr olunub.
Ednews xəbər verir ki, kitab ümumilikdə iki əsas hissədən ibarət olmaqla, birinci hissə həyatla, vətənpərvərliklə, dəyərlərlə, gəncliklə, idarəetmə, liderlik, səriştə, dövlət və dövlətçilik, insan və insanlığa bağlı baxış və düşüncələri olan aforizmlər, ikincisi isə daha əvvələr çap edilmiş bəzi şeirlərdən ibarətdir. Həmçinin də kitabda müəlliflə bağlı tanınmış ziyalı dostlarının fikirləri yer almışdır. 
Asif Bəkirli 1964-cü ildə Göyçay rayonunda neftçi ailəsində anadan olmuşdur. 1981-ci ildən əmək fəaliyyətinə çilingər kimi başlamış, həqiqi hərbi xidmətdən və Ali təhsilini bitirdikdən sonra 1989-cu ildən etibarən ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməklə yanaşı, gənc mütəxəssis kimi neft sənayesində layihəçi-mühəndisdən başlayaraq ardıcıl olaraq çalışmış, 2011-ci ildən etibarən çalışdığı SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi kimi işə qəbulun müsabiqə yolu ilə tam şəffaf və dürüst  həyata keçirilməsinin təmin edilməsində xüsusi rolu olmuşdur. Bunlarla yanaşı Azərbaycan KİVİHİ RH-nin qərarı ilə "Qızıl Qələm" media mükafatı laureatı,  Azərbaycan Mətbuat Şurasının "Demokratik dövlət quruculuğundakı xidmətlərinə və kütləvi informasiya vasitələri ilə fəal əməkdaşlığına görə" diplomu ilə eləcə də "XXI əsrin tanınmış ziyalısı" beynəlxalq diplomu ilə və Neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə "Fəxri Fərman" ilə təltif edilmişdir. 29 sentyabr 2017-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru seçilmişdir. 30 may 2018-ci ildə Rusiya Federasiyası Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının A.S.Puşkin adına "Sözə və əmələ sədaqət" medalı ilə təltif olunub. Fəxri Professoru olduğu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının təqdimatı ilə Birləşmiş Millətlər Təşkilatının UNCOPA (UN Council for Public Awards) Şurasının "Mədəniyyət və Sülh Səfiri" fəxri adı verilməklə "Leybnis medalı" ilə təltif edilmişdir. 18 noyabr 2021-ci il tarixində "Erickson İnternational" şirkətinin Beynəlxalq "Professional Kouçinq Sertifikatına" layiq görülmüşdür.
Bir sıra bədii və elmi kitabların məsləhətçisi, həmmüəllifi və müəllifidir. "Beynəlxalq İdarəetmə Standartları", "Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi", "Beynəlxalq idarəetmə sistemlərinin inteqrasiyası və auditi (sənədləşdirmə nümunələri)", "İnsan resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya", "Düşündüklərim… Qənaətlərim… Praktikadan nəzəriyyəyə","Haqq səsiyəm" (şerlər),  "Vicdan" müəllifi olduğu  kitablardır. 15 fevral 2023-cü il tarixli qərara əsasən "Türk Dünyasının Fahri Aydını Uluslararası Ödülü" ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" 2014-cü il 19 sentyabr tarixli 734 nömrəli Sərəncamı ilə Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı, 19 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilmişdir.
Publisist Asif Bəkirlinin növbəti Publisist Asif Bəkirlinin növbəti Publisist Asif Bəkirlinin növbəti / azxeber.com

Sosial       Tarix: 04 oktyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az axsam.az xeberler son xeber az xeberler bu qun