Putin Kim Çeni təbrik etdi
Rusiya prezidenti Vladimir Putin KXDR-in Qurtuluş Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen Ina təbrik teleqramı göndərib.
KONKRET.az Unikal-a istinadən xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Teleqramda deyilir: "Bu bayram ölkənizin yapon müstəmləkəçiliyindən azad edilməsi uğrunda birgə döyüşmüş Qırmızı Ordu əsgərlərinin və Koreya vətənpərvərlərinin cəsarət və qəhrəmanlığının rəmzidir".
Rusiya lideri qeyd edib ki, məhz o zaman dostluq və əməkdaşlıq ənənələrinin əsası qoyulub və bu, Rusiya Federasiyası ilə KXDR arasında münasibətlərin inkişafı üçün əsas olub.
Putin həmçinin ümid etdiyini bildirib ki, Moskva və Pxenyan bütün sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirməyə davam edəcəklər.
Teleqramın sonunda Rusiya prezidenti KXDR rəhbərinə möhkəm cansağlığı və uğurlar, Şimali Koreya xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıb.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi