Putin Paşinyana ermənilərlə bağlı nə deyib? – Kremli qarışdıracaq QƏRAR

Putin Paşinyana ermənilərlə bağlı nə deyib? – Kremli qarışdıracaq QƏRARRusiya Prezidenti Vladimir Putin mayın 29-da Avrasiya İqtisadi Forumunun yekunlarından sonra keçirilən mətbuat konfransında Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün müzakirəsi ilə bağlı sualı cavablandırıb. Putin bildirib ki, Rusiya və Ermənistan xalqları arasında xüsusi münasibətlər var.
Rusiya prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə də bu məsələyə diqqət çəkdiyi söyləyib. Putin Paşinyana Ermənistan üçün yaxşı olan hər şeyin Rusiya üçün də məqbul olduğunu dediyini vurğulayıb.
Analitiklər isə Ermənistanın seçkilərdən sonra Aİİ və KTMT-dən rəsmən çıxacağını iddia edir.
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Vladimir Putinin Avrasiya İqtisadi Forumunun yekunlarına dair mətbuat konfransında Ermənistanla bağlı səsləndirdiyi fikirlər ilk baxışdan iqtisadi inteqrasiya məsələlərinə aid görünsə də, əslində daha geniş geosiyasi məna daşıyır:
"Belə ki, Putin açıq şəkildə Ermənistanın Avropa İttifaqına inteqrasiya cəhdləri ilə Avrasiya İqtisadi İttifaqında tamhüquqlu iştirakının uzunmüddətli perspektivdə uzlaşmasının mümkün olmadığını bəyan etdi. Bu açıqlama Rusiyanın İrəvana ünvanladığı ən açıq siyasi xəbərdarlıqlardan biri kimi qiymətləndirilə bilər.
Təbii ki, son illərdə Ermənistanın xarici siyasətində müşahidə olunan dəyişikliklər rəsmi Kreml tərəfindən diqqətlə izlənilir. Xüsusilə 2020-ci ildən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi və münaqişənin bitməsi Ermənistanın xarici siyasət prioritetlərinin yenidən müəyyənləşdirilməsinə səbəb olub. Baş nazir Nikol Paşinyan hakimiyyəti əvvəlki illərdən fərqli olaraq təhlükəsizlik və inkişaf məsələlərində alternativ tərəfdaşlar axtarmağa başlayıb və bu istiqamətdə Avropa İttifaqı, ABŞ və Fransa ilə əlaqələri əhəmiyyətli dərəcədə genişləndirib.
Əslində, Ermənistanın Qərbə yaxınlaşması yeni proses deyil. Lakin son üç ildə bu siyasət daha sistemli xarakter almağa başlayıb. İlk növbədə Ermənistan Avropa İttifaqının müşahidə missiyasını öz ərazisində yerləşdirdi, ABŞ ilə strateji dialoqu genişləndirdi, Fransa ilə hərbi-texniki əməkdaşlığı dərinləşdirdi və Avropa institutları ilə inteqrasiyanı prioritet istiqamətlərdən biri elan etdi. Bütün bunlar Kremlin ənənəvi təsir zonasında yerləşən ölkənin tədricən fərqli geosiyasi kurs formalaşdırmaq niyyətini nümayiş etdirir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Putinin çıxışında diqqət çəkən əsas məqam siyasi deyil, iqtisadi arqumentlərin ön plana çəkilməsi oldu. Rusiya rəhbərliyi anlayır ki, Ermənistanın Qərblə yaxınlaşmasının qarşısını siyasi bəyanatlarla almaq artıq əvvəlki qədər asan deyil. Bu səbəbdən Moskva iqtisadi reallıqları gündəmə gətirir. Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanı, texniki tənzimləmə sistemi və ticarət qaydaları Avropa İttifaqının normaları ilə uyğun gəlmir. Ermənistan Avropa bazarına inteqrasiya etdikcə bu ziddiyyətlər daha da dərinləşəcək.
Burada diqqət çəkən əsas məqam isə Putinin Ukrayna nümunəsini xatırlatmasıdır. Kreml uzun illərdir Ukrayna böhranının əsas səbəblərindən biri kimi Kiyevin Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq cəhdlərini göstərir. Putinin bu məsələyə yenidən toxunması təsadüfi deyil. Bu, əslində Ermənistan rəhbərliyinə ünvanlanan mesajdır ki, iqtisadi seçimlər zamanla siyasi və təhlükəsizlik xarakterli nəticələr də yarada bilər".
Politoloq bildirib ki, Ermənistanın Rusiyadan tam uzaqlaşması barədə danışmaq hələ tezdir:
"Bunun bir neçə fundamental səbəbi var. İlk növbədə Ermənistan iqtisadiyyatı hələ də Rusiya bazarından ciddi şəkildə asılıdır. Ermənistanın ixracında Rusiyanın payı yüksək olaraq qalır. Ölkəyə daxil olan pul köçürmələrinin əhəmiyyətli hissəsi Rusiyada çalışan erməni vətəndaşlarından gəlir. Həmçinin enerji sektorunda Rusiyanın mövqeləri güclü olaraq qalır. Eləcə də, Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyü son illərdə ölkə iqtisadiyyatına müəyyən üstünlüklər qazandırıb. Belə ki, Rusiyaya tətbiq olunan sanksiyalardan sonra Ermənistan bir sıra məhsulların tranzit və təkrar ixrac mərkəzlərindən birinə çevrildi. Nəticədə son illərdə Ermənistan iqtisadiyyatında qeydə alınan yüksək artım göstəricilərinin mühüm hissəsi məhz bu amillə əlaqələndirilir. Bu səbəbdən rəsmi İrəvan üçün Rusiya ilə iqtisadi əlaqələrin kəskin şəkildə zəiflədilməsi ciddi risklər yarada bilər.
Digər tərəfdən isə Paşinyanın Avropa siyasətinin də öz məhdudiyyətləri var. Avropa İttifaqı Ermənistanı siyasi baxımdan dəstəkləsə də, yaxın perspektivdə bu ölkənin tamhüquqlu üzvlüyü və ya geniş maliyyə paketləri ilə təmin olunması real görünmür. Ermənistanın coğrafi mövqeyi, iqtisadi imkanları və regionun mürəkkəb geosiyasi mənzərəsi Avropa inteqrasiyasını uzunmüddətli prosesə çevirir. Ona görə də, İrəvanın qarşısında dayanan əsas vəzifə Rusiya ilə münasibətləri tam pozmadan Qərblə əlaqələri genişləndirməkdir".
Politoloqun sözlərinə görə, seçkilərdən sonrakı dövrdə Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə onun Avropa yönümlü siyasəti böyük ehtimalla davam edəcək:
"Lakin bu siyasətin əsas məqsədi Ermənistanın dərhal geosiyasi blok dəyişməsi deyil, daha çox xarici siyasətdə manevr imkanlarının artırılması olacaq. Paşinyan çalışacaq ki, Avropa ilə siyasi və iqtisadi əlaqələri genişləndirməklə Rusiyadan asılılığı tədricən azaltsın. Bununla yanaşı, Moskva ilə münasibətlərin tam qırılmasının Ermənistan üçün ağır nəticələr yarada biləcəyini də nəzərə almağa məcburdur.
Nəticə etibarilə, Putinin son bəyanatı göstərir ki, Ermənistan qarşıdakı bir neçə il ərzində daha mürəkkəb seçimlərlə üzləşəcək. Çünki rəsmi İrəvan həm Rusiya ilə strateji əlaqələri qorumaq, həm də Avropa ilə inteqrasiyanı dərinləşdirmək istəyir. Lakin beynəlxalq münasibətlər təcrübəsi göstərir ki, geosiyasi ziddiyyətlərin kəskinləşdiyi dövrlərdə balanslı siyasəti yürütmək əvvəlkindən daha çətin olur. Ona görə də, Ermənistanın yaxın perspektivdə əsas problemi Qərbə yaxınlaşmaq deyil, bu yaxınlaşmanın Moskva ilə münasibətlərdə yaratdığı riskləri necə idarə etmək olacaq".

Siyasi       Tarix: 31 may 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta ən son xəbərlər bugün ən son xəbərlər son xeberler 2026