Putin Paşinyanla Qarabağı müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Tərəflər Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Hər iki tərəf Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına dair tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin mümkün qədər tez başlanmasına yönəlmiş addımlar müzakirə edilib.
Bundan əlavə, regionda sabitliyin möhkəmləndirilməsi, uzunmüddətli sülh və əməkdaşlıq münasibətlərinin qurulması səyləri ilə bağlı digər məsələlər də gündəmə gətirilib," – mətbuat xidmətinin məlumatında qeyd olunub.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var