"Putin sentyabrın 30-da yeni ərazilərin ilhaqını elan edəcək" - Britaniya kəşfiyyatı
"Vladimir Putin bu günlərdə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsini rəsmən elan edə bilər".
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin dərc etdiyi kəşfiyyat hesabatında bildirilir.
"Putinin Ukraynanın işğal olunmuş rayonlarının Rusiya Federasiyasına birləşdirilməsini rəsmən elan etmək üçün real ehtimal var. Hazırda bu ərazilərdə keçirilən referendumlar sentyabrın 27-də başa çatmalıdır ", – kəşfiyyat hesabatında deyilir.
Qeyd edək ki, mətbuat Putinin sentyabrın 30-da Federal Məclisdə çıxış edəcəyini bildirib. Kreml bunu təsdiqləməyib.
"TASS"ın Dövlət Dumasındakı mənbəsi bildirib ki, sentyabrın 30-da Rusiyaya yeni ərazilərin birləşdirilməsi proseduru baş tuta bilər və Vladimir Putin mərasimdə iştirak edə bilər. Hər dörd regionda seçici fəallığı 50%-i keçib və rusiyayönlü hakimiyyət səsverməni etibarlı hesab edib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü