Putin və dostlarının Əliyevə təcili zəngi - Rusiya liderinin planı nədir?

Putin və dostlarının Əliyevə təcili zəngi - Rusiya liderinin planı nədir?Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər. Vladimir Putin dövlətimizin başçısını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib. Bakı-Moskva gərginliyi fonunda bu zəngin baş tutması diqqət çəkir.
Liderlərin Prezident İlham Əliyevə zəng etməsinin səbəbi nədir?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, son vaxtlar Azərbaycan və Rusiya arasında müəyyən problemlərin olduğu hər kəsə məlumdur:
"Azərbaycanın sərnişin təyyarəsinin vurulmasından sonra baş verənlər Rusiyanın beynəlxalq normalara uyğun davranmaqdan yayındığını göstərir. Ola bilsin, münasibətlərin qəliz olduğunu nəzərə alan Vladimir Putin daha iki dostu, yəni Emoməli Rəhmon və Aleksandr Lukaşenko ilə birlikdə İlham Əliyevə zəng etmək qərarına gəlib. Rusiya prezidenti Azərbaycan liderinin onunla məsafəli davranacağını nəzərə alıb".
Putin və dostlarının Əliyevə təcili zəngi - Rusiya liderinin planı nədir?E.Xalidbəyli bildirib ki, rəsmi Bakının Kremldən narazı olduğu qətiyyən şübhə doğurmur:
"Bu narazılıq kifayət qədər dərinləşib. Belə bir situasiyada Putinin birbaşa Prezident İlham Əliyevə müraciət etməsi münasibətlərdəki mövcud problemləri, o cümlədən AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsinə səbəb ola bilərdi. Belə kollektiv zəng sayəsində Putin sözügedən ehtimaldan özünü yayındırmağı hədəfləyib".
Politoloq qeyd edib ki, Putinin bu cəhdinə rəğmən, rəsmi Bakı Rusiyadan məsuliyyəti üzərinə götürüb öhdəliklərə əməl etməyi gözləyir:
"Rusiya AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı beynəlxalq hüquq çərçivəsində məsuliyyət daşımalı olacaq".

Siyasi       Tarix: 17 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən yeni xəbərlər hava son xeberler bugun 2026 muharibe xəbərlər