Putindən gizlənəndə Bakıya gizli gəlmişdi - biznesini Ələkbərova satır

Putindən gizlənəndə Bakıya gizli gəlmişdi - biznesini Ələkbərova satırMixail Qutseriyev ötən il "Russneft"in Azərbaycandakı neft aktivlərini idarə edən "GEA Holdings Limited" şirkətini də 3 milyard rubl satmışdı, indi isə…
İnquşəsilli biznesmen Mixail Qutseriyev pərakəndə satış şirkətləri olan "M.Video" və "Eldorado"nu azərbaycanlı iş adamı, "Lukoil"in sabiq prezidenti Vahid Ələkbərovun strukturlarına satır.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu sövdələşmə artıq baş tutub, alqı-satıq üçün vəsait Qutseriyevlər ailəsinin hesablarına daxil olub.
Bəs bu tələm-tələsik sövdələşməyə səbəb nə olub? "UtroNews"araşdırmasına görə, Mixail Qutseriyev, oğlu Səid və qardaşı oğlu Mikayıl Şişxanov "M.Video"nu 2016-cı ildə Aleksandr Tınkovanın investisiya şirkətindən alıb. Daha sonra tərəflər Rusiyanın aparıcı məişət texnikası pərakəndə satışçısı üçün 1,26 milyard rubl dəyərində sövdələşmə barədə razılığa gəliblər.
Bu sövdələşmədən əvvəl Qutseriyevlər "M.Video"dan sonra b seqmentdə ikinci oyunçu olan "Eldorado"ya göz dikiblər. "Eldorado"nu da 2016-cı ildə alıb və Qutseriyevin "Tekhnosila" pərakəndə satışı ilə birləşib. Həmin vaxt sövdələşmə Kipr ofşor şirkəti "Dawlaria Holdings Limited" vasitəsilə həyata keçirilirib. Bu şirkətin adı isə Türkiyədən keçməklə Ukraynaya dizel yanacağının qaçaqmalçılıq yolu ilə aparılması ilə bağlı xəbərdə hallanıb.
O zaman hələ Ukrayna ilə müharibə başlamamışdı, amma buna baxmayaraq, qaçaqmalçılığa görə Mixail və Səid Qutseriyevin strukturlarında da axtarışlar aparılıb. Çünki Orskdakı neft emalı zavodundan Ukraynaya qaçaqmalçılıqla aparılan 100 min ton yanacaq ukraynalılara gedib.
Orsk Neft Emalı Zavodu isə qanuni qeydiyyatdan keçmiş "ForteInvest" şirkəti vasitəsilə Qutseriyevə məxsus idi. 2014-cü ildən Ukrayna ilə münasibətlər kəskin pişləşdiyindən qaçaqmal yolu ilə aparılan yanacaq az qala xəyanət hesab olunurdu. "M.Video" və "Eldorado" üçün ödənişin bir hissəsinin məhz qaçqamalçılıqdan əldə edilən pulla ödənildiyi şübhələr vardı, baxmayaraq ki, Qutseriyevlər birbaşa qaçaqamal faktını etiraf etmirdilər. Ukrayna tərəfi hətta bu fakta görə Rusiya qarşısında məsuliyyəti öz üzərinə götürərək, yanacağı Türkiyədə özləri aldıqlarını və Qutsevləri bu sövdələşməyə cəlb etmədiklərini bildirdilər. Bu doğru olsa belə, Rusiya üçün bunun xüsusi mənası qalmırdı. Lakin Qutseriyevlər bu qalmaqaldan quru çıxmağı bacardılar. Qutseriyevlər Rusiyada elektronika bazarının 22-24%-ni nəzarət edirdi.
Qutseriyevlərin biznesdən çıxmaq istəyi ilə bağlı ilk söhbət müharibə başlayandan dərhal sonra 2022-ci ilin aprelində eşidilib. Sonra Səid Qutseriyev birləşmiş pərakəndə satış şirkətinin səhmlərinin 60,4%-ni satmağa hazır olduğunu bildirdi. İddialara görə, Qutseriyevlərin şirkəti ukraynalılara vasitəçilər vasitəsilə təkcə neft məhsulları deyil, həm də neft satıb.
""Əgər "Lukoyl"la bağlı məlumat təsdiqlənərsə, Qutseriyevlər etibarlı şəxs seçib. 2007-ci ildə "Rusneft"lə problemləri olanda və cinayət işinin açılması perspektivi yarananda Vahid Ələkbərov Qutseriyevi dəstəkləyib. Hətta Ələkbərovun Qutseriyevə hüquq-mühafizə orqanları ilə münaqişənin həllinə kömək etdiyi barədə xəbərlər də vardı" deyə, sayt yazır. O da bildirilir ki, indi müharibəyə görə Rusiyada biznesi yüksək qiymətə satmaq çətindir. Belə bir vəziyyətdə məntiqi həll yolu aktivləri özünə yaxın bir iş adamının ixtiyarına verməkdir ki, o da vəziyyət əlverişli olanda biznesini daha yüksək qiymətə geri ala bilsin.
Qeyd edək ki, ötən il Qutseriyev "Russneft"in Azərbaycandakı neft aktivlərini idarə edən "GEA Holdings Limited" şirkətini 3 milyard 52 min rubl satıb. Həmin aktivləri dəqiq kimə satdığı açıqlanmır.
Qutseriyev 1992-ci ildə Cövhər Dudayevin hakimiyyətə gəlməsindən sonra bütün biznesini Çeçenistanda qoyub Moskvaya gəlib. 2002-ci ildə "Russneft" kompaniyasını yaradıb və rəhbərlik edib. Qutseriyev bir neçə ilin ərzində sürətlə varlanaraq ölkənin ən zəngin adamlarından birinə çevrilə bilib. 2007-ci ilin iyununda Qutseriyev dövlət tərəfindən ciddi təzyiqlərə məruz qaldığından "Russneft"i Kremlə royal olan biznesmen Oleq Deripaskaya satdı. . Deripaska kompaniyanı üç milyard dollara aldı. Hələ o zaman deyilirdi ki, inquş biznesmen Kremlin qəzəbinə İnquşetiya müxalifətini maliyyələşdirdiyi üçün gəlib.
2007-ci ilin avqustunda Moskvanın Tver Rayon Məhkəməsi maliyyə fırıldaqlarında ittiham olunan Qutseriyevin qiyabi həbsinə qərar verir. Qutseriyev yəhudi iş adamı Mixail Xodorkovski kimi Sibir həbsxanalarına düşmədi və vaxtında Rusiyadan qaçdı. Elə həmin ərəfədə Qutseriyevin 21 yaşlı oğlu, Londonda təhsil alan və Rusiyaya qayıdaraq atasının biznes strukturlarına rəhbərlik etməyə başlayan Çingizxan Moskvada "Ferrari" avtomobili ilə qəzada həlak oldu. Qutseriyev oğlu ilə vidalaşmaq üçün Moskvaya gələ bilmir, ona görə biznesmen oğlunun cəsədinin xüsusi təyyarə ilə Bakıya gətirilməsinə nail olur. Daha sonra özü də Bakıya gəlir və burada Göy məsciddə məxfi vida mərasim təşkil olunur. Daha sonra Çingizxanın cəsədi dəfn olunmaq üçün Qutseriyevin vətəni olan İnquşetiyaya aparılır.
Məlumatlara görə, Qutseriyevi o zaman Bakıda qoruyan iş adamı İsgəndər Xəlilov olub. Məhz Isgəndər Xəlilovun dəstəyi nəticəsində Qutseriyev bir müddət Bakıda təhlükəsiz şəraitdə qala bilib.
2010-cu ildə Rusiya Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi Qutseriyev haqqında həbs-qətimkan tədbirini ləğv etdi. 3 ilə yaxın axtarışda olduqdan sonra Rusiya hakimiyyəti ilə anlaşan və yenidən bu ölkəyə qayıdaraq "Russneft"i Deripaskadan geri aldı.

Siyasi       Tarix: 16 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Lavrov: "Avropa İttifaqı Ermənistanı aldadacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb. Lavrov Ermənistanın Aİ-yə necə daxi

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. KONKRET.azxəbə

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır". Bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa

Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb

"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür".  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xaric

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər qurban bayrami 2026 son xeber.az hava