"Putinə G20 sammitində yer yoxdur" - Rişi Sunak
"Putinə G20 sammitində yer yoxdur".
KONKRET.az "Reuters"ə istinadla xəbər verir ki, bu bəyanatla Böyük Britaniyanın Baş naziri postuna namizədlərdən Rişi Sunak çıxış edib.
O deyib ki, G20 ölkələrinin rəhbərləri Putini gələcək sammit çərçivəsində görüşlərinə buraxmamalıdırlar. Ukraynada müharibə getdiyi bir vaxtda Rusiya Federasiyası Prezidentinin danışıqlarda yeri yoxdur.
"Bizim G20-dəki tərəfdaşlarımız və müttəfiqlərimiz Putinin iyrənc davranışını pisləmək üçün kollektiv məsuliyyət daşıyırlar. O, uşaqların yatarkən çarpayılarında öldürülməsinə cavabdeh olduğu halda onunla masa arxasında oturmaq olmaz. Biz Putinə sərt mesaj göndərməliyik. Ukraynadakı qeyri-qanuni müharibəsini dayandırmayana qədər onun masada yeri olmayacaq", – deyə Sunak bildirib.
Xatırladaq ki, avqustun 19-da Putin G20-nin iclasında iştirak etməyə hazırlaşır. O, Zelenski kimi İndoneziya Prezidenti Coko Vidododan dəvət alıb.
Xuraman Etibarlı,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?