"Putini yalnız rus xalqı dayandıra bilər, əks halda Rusiya..." – ÖZƏL AÇIQLAMA

ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatında bildirilib ki, Ukrayna ərazisinin bir hissəsinin uzun müddət işğalı Rusiya qoşunlarının tükənməsi və onların modernləşdirilmiş silah arsenalının azalması təhlükəsi yaradır. Müdafiə Kəşfiyyatının direktoru, general-leytenant Skott Barrier deyib ki, Ukraynanın güclü müqaviməti və iqtisadi sanksiyalarla qarşılaşan Rusiya həm daxili, həm də xarici auditoriyasına gücünü nümayiş etdirmək üçün daha çox nüvə arsenalına üz tutacaq.
Putin Ukraynada həqiqətən də nüvə silahından istifadə edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını hərbi ekspert Abuzər Əbilov cavablandırıb.
O bildirib ki, hegemon rus ordusu mifi tamamilə dağılıb:
"Hegemon dövlətlərin kəşfiyyat məlumatları 99 faiz özünü doğruldur. ABŞ-ın kəşfiyyat sistemi təkcə vizual video və ya peyklərdən ibarət deyil. Onun Rusiya hökumətinə yaxın təşkilatlarında və ya silahlı qüvvələrində agentura şəbəkəsi mövcuddur. Bu vasitələr informasiyanı daha dəqiq ötürməyə qadirdir. Bu gün Putinin müharibədə nüvə silahından istifadə etməsi realdır. Çünki Putin generalların ona verdiyi yalan məlumatlardan ruhlanaraq Ukraynaya hücuma keçdi. O, 3-7 gün ərzində bütöv Ukraynanı işğal etmək istəyirdi. Lakin bu plan baş tutmadı və Putin kimi rus xalqı da aldadıldı. Ukraynanın ordusu ilə bərabər sadə vətəndaşları da öz ölkəsinin müdafiəsinə qalxdı. Müharibənin 24-cü günüdür və rus ordusunun çatışmayan cəhətləri ortaya çıxıb. Şişirdilmiş rus ordusu Ukraynada tamamilə rəzil oldu və alçaldıldı. Ukrayna xalqı əziyyət çəksə də, dünyaya yeridilmiş nəhəng rus ordusu anlayışı kiçik bir bölgədə rəzil oldu. Azərbaycanda da yeridilmiş hegemon rus ordusu mifi tamamilə dağılıb".
Ekspert bildirib ki, bütün bunlardan sonra Rusiyanın qəddar lideri hansısa revanşist addımlar ata bilər:
"Müharibə dövründə Ukraynada Cenevrə Konvensiyasına görə qadağan olunan bir sıra silahların istifadəsinə şahid olduq. Lakin Ukrayna ordusu hələ də ciddi döyüşlərə girməyib. Ruslara vurulan ağır yaranı pərakəndə partizanlar və özünümüdafiə batalyonları vurub. Ukrayna ordusu bir neçə gün əvvəl döyüşlərə qatıldı. İndi rus ordusu Ukraynada irəliləməkdə çətinlik çəkir və itkilərinin sayı çoxdur. Rus ordusu hücumdan daha çox müdafiə xəttində dayanır. Bu da onlar üçün ölüm deməkdir. Putinin ən alçaq hərəkətlərə yol verəcəyinə inanıram. O hətta müharibədə kimyəvi və biloji silahdan istifadə etməkdən belə çəkinməyəcək. Putini yalnız rus xalqı dayandıra bilər. Bu olarsa, Rusiya dövləti yaşayacaq. Əks halda müharibədən sonra Rusiya məhv olacaq".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 19 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler xankendi en son xəbərlər bugün hava haqqinda