Putinin adamı Vaşinqtonda elan etdi: Ağ Ev razıdır, iki hədəf var

Putinin adamı Vaşinqtonda elan etdi: Ağ Ev razıdır, iki hədəf varABŞ-da səfərdə olan Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitrievin açıqlamaları diqqət çəkib. O, Prezident Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Ukrayna ilə bağlı danışıqlarda mühüm irəliləyişin əldə olunduğunu açıqlayıb.
Dmitriev həmçinin, Tramp administrasiyasının Rusiya ilə dialoqda konstruktiv olduğunu və Moskvanın mövqeyini dinlədiyini bildirib.
Kreml rəsmisinin sözlərinə görə, Rusiya və ABŞ birbaşa hava nəqliyyatının bərpasını müzakirə edir. O cümlədən, Amerika şirkətlərinin Rusiyanı tərk etmiş Avropa şirkətlərinin buraxdığı boşluqları tutmağa hazır olduqları elan edilib.
İki ölkə nümayəndələrinin Arktika və nadir torpaq faydalı qazıntılar sahəsində əməkdaşlığı müzakirə etdikləri də qeyd olunub.
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Rusiya ilə ABŞ arasında məsləhətləşmələr öz nəticələrini verir:
"Əsas məsələ hazırda tərəflər arasında qarşılıqlı etimadın yaradılmasıdır. Müşahidələrimiz onu göstərir ki, Səudiyyə Ərəbistanındakı görüşdə rəsmi şəxslər iştirak edirdisə, sonrakı mərhələdə texniki şəxslər bir araya gəldi. Onu da deyim ki, ABŞ ilə Rusiya arasında birdən çox məsələ detallı şəkildə müzakirə edilir. Əslində bu, həm də prosesin bir qədər ləng getməsi kimi görüntü yaradır.
Vaşinqtonla Moskva arasında müəyyən razılıqlar əldə olunub. Amma bu, ümumi proses ilə müqayisədə çox azdır. Yəni həllini gözləyən məsələlər var. Məsələn, Rusiya və ABŞ-ın birbaşa hava nəqliyyatının bərpası sırf texniki məsələ olsa da, bu istiqamətdə belə razılıq əldə etmək üçün danışıqlar uzun çəkə bilər.
ABŞ-ın məqsədi əslində bəllidir. Ağ Ev Kremllə ilə razılığa gəlib Çinə fokuslanmaq istəyir. Vaşinqton üçün Pekin daha ciddi problemdir. Hətta Arktika və Qrenlandiya kimi məsələlər sırf Çinlə rəqabət fonunda irəli sürülən nüanslardır.
Rusiya-ABŞ münasibətlərində normallaşmanın olacağını demək mümkündür, lakin tezliklə baş tutmaya da bilər. ABŞ bu yolla həm Rusiyanı ələ almaq, həm də yavaş-yavaş iqtisadi baxımdan özündən asılı etmək istəyir".

Siyasi       Tarix: 05 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda cəbhədən son xəbərlər xəbərlər apa.az xeberler