Putinin Almaniyada evi üzə çıxdı: "Ona 10-12 əsgər kömək edirdi"
Rəsmi Kreml Rusiyanın Gelencik şəhəri yaxınlığında milyardlarla dollar dəyəri olan sarayın prezident Vladimir Putinə aid olduğunu təkzib etsə də, dövlət başçısı Almaniyanın Drezden şəhərindəki mənzilində dəqiq yaşayıb.
Publika.az xəbər verir ki, Almaniyanın "Bild" nəşrinin müxbiri Yürgen Helfrixt həmin evi ziyarət edib.
Jurnlistlər ilk dəfədir evə baş çəkiblər.
Almaniya Demokratik Respublikası (ADR) dövründə inşa edilmiş altımərtəbəli binanın dördüncü mərtəbəsində Rusiyanın hazırkı prezidenti 1985-ci ilin payızından 1991-ci ilin martınadək Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) zabiti kimi xidmət etdiyi zaman həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayıb.
Müxbir Y.Helfrixt bildirir ki, mənzilin sahəsi 66 kvadratmetrdir, 3 otaq, mətbəx və sanitar qovşağından ibarətdir. Mənzildə həmçinin lociya, zirzəmi, mərkəzləşdirilmiş istilik təminatı və elektrik pilətəsi var. 1991-ci ilin əvvəlində Putinlər ailəsi SSRİ-yə qayıdanda mənzilə Yörq Hofmann yerləşib. 51 yaşlı dülgər hələ də burada yaşayır.
"Mənzili görməyə gələndə məni xanım Putin qarşılamışdı. Hər yerdə tünd rus mebeli var idi. Həmçinin ADR dövrü üçün tipik alüminium divar kağızı və krem rəngli xalça var idi", - Y.Hofmann xatırlayır.
1991-ci il martın sonunda Vladimir Putin açarları mənzilin yeni sakininə verdi. Hofmann Putinlərin necə getdiyini görüb: "Ona 10-12 əsgər kömək edirdi. Mebelləri söküb taxta sandıqlara yığdılar. Paltaryuyan maşının daşınması ilə bağlı problemlər yarandı: onu pilləkəndən düz 6 nəfər düşürdürdü".
Hofmannın sözlərinə görə, Putinlər ona xoş təəssürat bağışladılar: "Xanım Putin qəhvəyi kürk və böyük xəz papaq geyinirdi. Onların hələ iti də var idi".
Evin yeni sakininin kirayə müqaviləsi, kirayə pulu V.Putininki ilə eyni olub: "Ayda 58,90 alman markası, əlavə olaraq isti su və istilik üçün əlavə müvafiq olaraq 9,80 və 26,2 marka: cəmi 94,90 marka".
O zamandan bəri, demək olar ki, 30 il keçib və Yörq Hofmann hələ də dövlət başçısının keçmiş mənzilində məmnuniyyətlə yaşayır: "Sadəcə bəzən rusiyalı turistlərin olduğu avtobuslar evimin qarşısında dayanarkən əsəbiləşirəm. Onlar buranın Putinin muzeyi olduğunu sanırlar".
Yörq Hofmann əvvəllər heç kimi mənzilinə buraxmırdı. Evin sakini Vladimir Putinin Qara dənizdəki möhtəşəm sarayı haqqında ifşaedici videoçarx yayımlayan Aleksey Navalnını da evə buraxmayıb: "Milad bayramından öncə mühafizəçiləri ilə gəlmişdi. Yəqin ki, bir növ sənədli film çəkirdi". / "Report"

Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək