Putinin atəşkəs təklifinə SƏRT REAKSİYA: "Bu, absurddur..."

Putinin atəşkəs təklifinə SƏRT REAKSİYA: ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya prezidenti Vladimir Putinin mayın 9-da Ukrayna ilə bağlı verdiyi atəşkəs təklifini "absurd" adlandırıb. O, bu fikrini "Fox News" telekanalına verdiyi müsahibədə səsləndirib.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, Kelloqun sözlərinə görə, Rusiya tərəfinin üç günlük atəşkəs təşəbbüsü münaqişənin miqyasına və humanitar vəziyyətin ağırlığına uyğun deyil:
"Üç günlük atəşkəs ideyası absurddur. Prezident Donald Trampın mövqeyi budur ki, quruda, havada, dənizdə, eləcə də infrastruktur sahəsində davam edən hücumlar dayandırılmalı və bu, ən azı 30 günlük uzadılma imkanı olan daimi və hərtərəfli atəşkəslə təmin olunmalıdır."
Kelloq əlavə edib ki, Ukrayna artıq bu cür atəşkəs təklifini dəstəklədiyini açıqlayıb və indi addım atmalı olan tərəf Rusiyadır.
Zelenski: "Mayın 8-nə qədər gözləməyə ehtiyac yoxdur"
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aprelin 28-də verdiyi açıqlamada Rusiya Silahlı Qüvvələrinin mayın 8-dən 10-dək atəşi dayandıracağını bildirmişdi. Lakin Ukrayna prezidenti Volodimir Zelenski bu təklifə cavab olaraq, mayın 8-nə qədər gözləməyin mənasız olduğunu və atəşin yalnız bir neçə gün deyil, ən azı 30 gün ərzində dayandırılmasının vacib olduğunu vurğulamışdı.
Zelenski ABŞ-ın təklif etdiyi müddətli və genişmiqyaslı atəşkəsi daha məntiqli və real saydığını bildirib.
Beynəlxalq müşahidəçilər isə qeyd edirlər ki, münaqişənin səngiməsi üçün belə bir atəşkəsin yalnız tərəflər arasında qarşılıqlı etimad və beynəlxalq təminatlarla möhkəmləndirilməsi effektli ola bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 29 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az bugünki xəbərlər son xəbər xeber