Putinin də iştirak etdiyi Barselona səfərində ayaqqabısı deşik rəhbər kim idi? – Maraqlı TƏFƏRRÜAT

Putinin də iştirak etdiyi Barselona səfərində ayaqqabısı deşik rəhbər kim idi? – Maraqlı TƏFƏRRÜAT"1992-ci ilin fevralında Barselonaya Sankt-Peterburqdan bir nümayəndə heyəti gəldi. Qonaqlar arasında Anatoli Sobçak, Vladimir Putin və İqor Seçin də var idi".
Həmin görüşün təəssüratını Barselona merinin müavininin dilindən İspaniyanın "La Vanguardia" qəzeti paylaşıb.
Mer müavini danışır ki, "1992-ci ilin fevralında Rusiyanın hazırkı prezidentinin səfəri zamanı maraqlı hadisə baş verdi. Belə ki, Vladimir Putin və digərləri 1992-ci il fevralın 25-dən 29-dək Barselonada qaldılar. Onlar şəhəri tərk etməzdən əvvəl Diaqonal prospektindəki ticarət mərkəzinə baş çəkdilər. Beş nəfər idilər. Onlardan üçü Rusiya üçün vacib şəxs idi. Bunlardan biri mer Anatoli Sobçak Yeltsinin hakimiyyətə gəlişində əsas fiqur idi. Onun etibarlı adamı və nümayəndə heyətinin ikinci ən mühüm şəxsi Vladimir Putin- Rusiyanın gələcək Prezidenti, İqor Seçin isə indi Rusiyanın ən böyük neft şirkəti- "Rosneft"-in rəhbəridir.
Bizim yoldaşlardan biri təsadüfən Sankt-Peterburq meri Anatoli Sobçakın ayaqqabısının altında deşik olduğunu görüb. Bunu bildiyimizə görə, ticarət mərkəzini gəzən zaman onlara ayaqqabı hədiyyə etdik. Əvvəl tərəddüd etdilər, sonra səmimiyyətimizə inanıb hədiyyəni qəbul etdilər. Lakin biz elə etdik ki, ayaqqabıların yoxlanılması paltardəyişmə otağında olsun. Çünki istəmədik ki, kiminsə ayaqqabısının deşik olduğunu kənardakılar görsün.
Vladimir Putinin o zaman 40 yaşı var idi. Sankt-Peterburq meri onu Berlin divarının yıxılmasından və Şərqi Almaniyada KQB agenti kimi xidmətinin başa çatmasından sonra yanına çəkmişdi. O, imperiyanın süqutunu yaşayan, dağılmaqda olan bürokratiyanın təcəssümü idi. Barselonada yeni şeylər öyrənməyə çalışırdı. Xüsusilə, xəzinənin boş olduğunu, şəhərin ərzaq mağazalarının rəflərini necə dolduracağı ilə bağlı fikirlər söyləyirdi".
"Düzünü desəm, Putinlə görüşümüzü və hətta nahar etdiyimizi unutmuşdum. Təsadüfən albomumda rastlaşdığım şəkil mənə olanları xatırlatdı"- deyən Barselona merinin hazırda da müavini Albert Batlle ötənləri təbəssümlə xatırlayır. Şəkildə o, Putinin solunda oturaraq Montjuiçi vərəqləyərək mer Pasqual Maragall və Anatoli Sobçaka məlumat verir.
Lakin Batlle Putini o zaman görmüş yeganə şəxs deyil. "O səfərdən yadımda qalan odur ki, onlarla xeyli insan yeyib-içib, əylənib. Məsələn, həmin görüşdə Xuan Antonio Samaranç (Xuan Antonio Samaranç, 1977-1980-ci illərdə İspaniyanın SSRİ-dəki səfiri) da var idi. Batlle müsahibə zamanı məşhur bir aforizmi xatırladı:
"Bir neçə nəfərlə görüşərkən sonuncu ilə yaxşıca əl sıxış. Çünki zaman gəlir salam vermədiyin sonuncu adam birinci şəxs olur".
Xatırladaq ki, məşhur səfər Narcis Serranın (1979-1982-ci illərdə bələdiyyə sədri) Rusiyada olarkən paytaxtlarla deyil, böyük şəhərlərlə güclü əlaqələr qurmağa çalışması nəticəsində baş tutub. Onun rəhbərliyi zamanında Milan, Boston, Sankt-Peterburq və İstanbulla müqavilələr bağlandı. İstanbul Bələdiyyə Başçısı Ərdoğan (1994-1998) daha sonra Türkiyənin Prezidenti oldu.
"La Vanguardia" qəzeti, İspaniya.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Siyasi       Tarix: 07 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər son xəbərlər azərbaycanda gunun xeberleri