Putinin planı BƏLLİ OLDU: Rusiya bu yolla Ukrayna və Qərbin qarşısını almağa çalışır
"Rusiya Ukrayna ilə müharibədə uzunmüddətli sülh sazişi imzalamağa çalışır. Moskvanın əsas məqsədi hazırda nəzarət etdiyi əraziləri geri qaytarmadan atəşkəsə və sonradan rəsmiləşdiriləcək nizamlama prosesinə nail olmaqdır".
Bu fikirləri Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli KONKRET.az-a açıqlamasında səsləndirib:
"Rusiya tərəfi Krım yarımadası ilə yanaşı, işğal etdiyi dörd Ukrayna vilayətini də geri qaytarmayacağını açıqlayır. Bundan əlavə, Rusiyanın əsas tələblərindən biri də həmin bölgələrdə qalan Ukrayna hərbi birləşmələrinin çıxarılması və Ukraynada rus dilinin rəsmi status almasıdır".
Politoloq qeyd edib ki, Rusiya atəşkəs şərtlərinin beynəlxalq səviyyədə tanınmasını istəyir. Bu şərtlər vasitəsilə gələcəkdə Ukraynanın və ya Qərbin revanşist addımlarının qarşısını almağa çalışır.
"Rusiya bu yolla Şərqi Avropada hərbi və siyasi status-kvonu qorumaq və Avropa üçün daimi təhlükə elementi yaratmaq niyyətindədir. Ukrayna isə Rusiyanın bu yanaşmasını qətiyyətlə rədd edir. Kiyev bildirir ki, sülhə yalnız öz yol xəritəsinə uyğun şəkildə və Ukraynanın ərazi bütövlüyü nəzərə alınmaqla nail olunmalıdır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO