Putinin Ukraynada müharibənin dayandırılması üçün 6 TƏLƏBİ

Putinin Ukraynada müharibənin dayandırılması üçün 6 TƏLƏBİ"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinlə danışıqlarında müharibənin dayandırılması üçün təklifini və iki dövlət başçısının Türkiyədə görüşməsi ilə bağlı təklifini çatdırıb".
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "Hürriyet"ə müsahibəsində deyib.
O bildirib ki, Zelenski buna hazırdır, lakin Putin hələlik mövqelərin liderlər səviyyəsində görüş üçün münasib olmadığı qənaətindədir:
"Əvvəlcə əsas mövqelərin liderlər səviyyəsində müzakirəsi üçün yaxınlaşdırılması və anlaşmaya doğru irəlilədilməsi zəruridir. Prezidentimiz buna hazır olduğunu, asanlaşdırıcı rol oynayacağını, iki tərəfin etibar etdiyi ölkə olaraq Türkiyədə bu görüşün keçirilə biləcəyini ifadə etdi".
İ.Kalın Putinin liderlərin görüşündən əvvəl həll edilməsini istədiyi tələbləri də dilə gətirib:
"Müzakirə edilən altı məsələ var. Birincisi, Ukraynanın tərəfsizliyi, yəni NATO üzvü olmaqdan imtina etməsidir. İkincisi, Avstriya modeli kontekstində silahsızlanma və qarşılıqlı təhlükəsizlik təminatlarının verilməsidir.
Üçüncüsü, rus tərəfinin "nasistlərdən təmizləmə" deyə ifadə etdiyi prosesdir. Dördüncüsü, ruscanın Ukraynada geniş istifadəsinə qoyulan maneələrin aradan qaldırılmasıdır".
O bildirib ki, davam edən müzakirələrdə ilk dörd maddədə müəyyən məsafə qət edilib:
"Tam razılaşma olduğu və ya bununla bağlı sazişin imzalanmaq üzrə olduğunu demək tezdir.
Ən çətini beş və altıncı maddələrdir. Bunlar Donbas və Krımın statusu məsələsidir. Rus tərəfinin Krımın ilhaqının və Donbasdakı iki qondarma respublikanın tanınması tələbləri Ukrayna və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi mümkün olmayan məsələlərdir. Bunların fərqli formullarla müzakirə edilə biləcəyinə dair yanaşmalar var.
İlk dörd maddədə razılığa gəlinərsə, beşinci və altıncı maddələrlə əlaqədar liderlər səviyyəsində bir görüş ola bilər. Bu görüşlər nəticəsində bir anlaşma əldə olunması və müharibənin başa çatdırılması mümkün ola bilər".

Siyasi       Tarix: 19 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler xankendi en son xəbərlər bugün hava haqqinda