Putinlə İlham Əliyevin Bişkekdəki görüşünün detalları: 'Paşinyan ona görə gəlmədi ki

Putinlə İlham Əliyevin Bişkekdəki görüşünün detalları: 'Paşinyan ona görə gəlmədi kiXəbər verdiyimiz kimi, oktyabrın 13-ü Qırğızıstanın paytaxtı Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.
Diqqətçəkən digər bir məqam isə Ermənistanın bu görüşdə təmsil olunmamasıdır.
Belə ki, Ermənistan Prezidenti Nikol Paşinyan Bişkek görüşünə qatılmayıb.
Bəs Paşinyan niyə Bişkek görüşünə gəlmədi? Fransa Ermənistanı yeni müharibəyə hazırlayır?
Məsələ ilə bağlı azxeber.com-a danışan millət vəkili Bəhruz Məhərrəmov deyib ki, Fransa İlham Əliyevin qlobal miqyasda nüfuzu fonunda regionda güc dili ilə danışa bilməz:
Putinlə İlham Əliyevin Bişkekdəki görüşünün detalları: 'Paşinyan ona görə gəlmədi ki"Fransa başda olmaqla Ermənistanın Qərbdəki havadarlarının son vaxtlar xüsusi canfəşanlığı deməyə əsas verir ki, Azərbaycanın Vətən müharibəsində Zəfəri ilə onlar da Ermənistanla bərabər məğlub olub. Klassik mənada revanş mümkünsüzdür. Azərbaycanın artan hərbi-siyasi imkanları, o cümlədən güclü müttəfiqlikləri, ən əsası cənab İlham Əliyevin qlobal miqyasda nüfuzu fonunda Fransa regionda güc dili ilə danışa bilmir. Eyni zamanda iki dəfə hərbi potensialı qısa müddət ərzində darmadağın edilmiş Ermənistan da Azərbaycanla yeni bir müharibənin fəsadlarını anlayır. Antiterror tədbirləri zamanı Paşinyanın davranışı onun beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə hörmətdən yox, Bakının hərbi-siyasi imkanlarını düzgün qiymətləndirə bilməsindən irəli gəlirdi. Amma Paris isə regiondakı məğlubiyyəti ilə belə tezliklə barışmaq niyyətində deyil".
Deputat əlavə edib ki, Fransanın regionda iki prioriteti var:
"Sirr deyil ki, Paris Rusiya-Ukrayna müharibəsi fonunda daha Ermənistanı Moskvanın nəzarətindən çıxarıb öz orbitinə keçirmək üçün real imkan yaranması qənaətindədir. Bu mənada Fransanın regionda iki prioriteti mövcuddur. Birincisi, artıq özünün koloniyası kimi baxdığı Ermənistanın haqlı və haqsız mövqeyindən asılı olmadan mənafelərini qorumaq, İrəvanı Bakı və Ankara ilə əməkdaşlıqdan çəkindirərək yalnız özündən asılı vəziyyətdə saxlamaq. İkincisi, Rusiya-Ermənistan siyasi kommunikasiyalarını minimallaşdırıb İrəvanı mümkün qədər Rusiyadan qoparmaq. Bu istiqamətdə Paris kifayət qədər effektiv çalışır və artıq Ermənistanda Rusiyanın nəzarətində olan siyasi qruplaşmanı çıxmaq şərti ilə böyük əksəriyyət Moskvanı düşmən qismində görür. Paşinyanın və Ermənistan xarici işlər nazirinin Rusiya ilə təmaslardan qaçışması, Rusiyanın iştirak etdiyi tədbirlərə mümkün qədər qatılmamasının kökündə də bu amil dayanır".
Millət vəkili qeyd edib ki, Fransa heç bir prosesdə Ermənistanın etimadını doğrultmur:
"Ermənistanın haqsız və təcavüzkar mövqeyinin Azərbaycana qarşı müdafiə edilməsinə gəlincə, Fransa heç bir müstəvidə İrəvanın etimadını doğrulda bilmir. Belə olan halda Fransanın son ümidi ənənəvi fransız metoduna, şantaj və qarayaxma kampaniyasına qalır. Fransanın Azərbaycana qarşı apardığı təxribat və yalan kampaniyası – Azərbaycanın işğalçı, Ermənistanın qurban kimi qələmə verilməsi də məhz bu prosesin tərkib hissəsidir. Bu, son üç ildə Fransanın Azərbaycana informasiya və diplomatik müstəvidə hücumlarının üçüncü mərhələsidir və hər dəfə Fransa bütün gücü ilə Azərbaycana hücum kampaniyasına start vermiş, hətta barəmizdə bizi təcavüzkar kimi tanıyan qətnamə qəbulu üçün məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıb, İrəvanı beynəlxalq məhkəmələrdə dəstəkləməyə çalışıb.  Amma təcrübəli diplomat və siyasətçi, qlobal səviyyəli lider olan cənab İlham Əliyevin beynəlxalq hüququ rəhbər tutması və qlobal miqyasda müttəfiqlikləri Fransanı bütün cəhdlərində, həm Beynəlxalq Ədalət Məhkəməsi, həm də BMT Təhlükəsizlik Şurasında ardıcıl fiaskoya məhkum edib.
Çünki cənab İlham Əliyev Fransanın anladığı dildə danışa bilir və onları başa salır ki, Fransanın nəinki Azərbaycanı "beynəlxalq hüququ pozmaqda" ittiham etməyə, ümumiyyətlə, beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur. Müasir dövrdə, XXI əsrdə hələ də müstəmləkə dövləti kimi qalan Fransanın neokolonial siyasəti, müxtəlif qitələrdə, ələxsus Afrika, Asiya və Mərkəzi Amerikada törətdiyi cinayətlər fonunda Paris söz haqqını itirib".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 14 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler cəbhədən son xəbərlər 2026 xeber saytlari