Pyotr Qlıboçko Mehriban Əliyevanı təbrik etdi
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım.
İcazə verin, Sizə dərin ehtiramımı ifadə edim və Seçenov Universitetinin kollektivi adından, həmçinin şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının bütün xalqını Müstəqillik Günü münasibətilə təbrik edim.
Azərbaycan xalqının rifahı naminə genişmiqyaslı fəaliyyətiniz, humanitar dəyərlərə dərin sədaqətiniz, səhiyyə, təhsil və mədəniyyətin inkişafına böyük töhfəniz beynəlxalq aləmdə Sizə səmimi hörmət qazandırıb.
Sizin rəhbərliyinizlə ölkənin mənəvi potensialını möhkəmləndirən çox mühüm sosial təşəbbüslər həyata keçirilir. Sizin tibb elminin və təcrübəsinin inkişafına, həmçinin vətəndaşların sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş proqramların dəstəklənməsinə mühüm töhfənizi xüsusi qeyd etmək istərdim.
Sizə möhkəm cansağlığı, əmin-amanlıq və yüksək missiyanızda yeni-yeni uğurlarla bağlı ən xoş arzularımı qəbul edin.
Qoy, Azərbaycan sülh və tərəqqi naminə bundan sonra da yeni zirvələr fəth etsin!"
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?