Qabyuyan süngərlər: Tualetdəki bakteriyalardan daha təhlükəlidir - ARAŞDIRMA

Qabyuyan süngərlər: Tualetdəki bakteriyalardan daha təhlükəlidir - ARAŞDIRMAMətbəxdə qabların yuyulması üçün istifadə edilən süngərlərin təhlükəsi barədə ekspertlərin xəbərdarlığı zamanla xarici mətbuatda yer almaqdadır. Məlumata görə, mütəmadi işlənən belə vasitələr əsl xəstəlik mənbəyidir. Ekspertlər bunu belə əsaslandırır ki, bir neçə dəfə istifadə ediləndən sonra həmin süngərlər daxilinə qida qalıqları hopdurur və bu da sonradan bakteriyalara çevrilir. Nəticədə qabların təkrar yuyulması zamanı onlara bulaşaraq, insan orqanizminə təhlükə yaradır.
KONKRET.azbu informasiyalara qida texnoloqu Ağa Salamovla aydınlıq gətirməyə çalışıb.
Qabyuyan süngərlər: Tualetdəki bakteriyalardan daha təhlükəlidir - ARAŞDIRMA"Tualetdə 6,5 kvadratsantimetrə görə 100 bakteriya olduğu halda, bir süngərdə hər kvadratsantimetrdə milyonlarla bakteriya meydana gəlir", – deyərək məsələnin ciddiliyinə diqqət çəkən ekspert fikrini belə əsaslandırıb:
"Mətbəxdə istifadə edilən süngərlərlə əsasən çirkli və yağlı qablar yuyulur. Həmin qabyuyanlar da təmiz yuyulmadan, xlorla dezinfeksiya olunmadan öz qabına qoyulur. Və riskli qida qalıqları, xərçəng hüceyrələri hopmuş, yağlı süngər səhərədək orada qalır. Bu da mikroorqanizmlərin çoxalmasına səbəb olur".
A.Salamov bildirir ki, bu təhlükəli risklərin qarşısını almaqdan ötrü dünya standartlarında qabyuyan maşınlardan geniş istifadəyə edilir:
"Bu maşınlar qabları həm yuyur, həm də qurudur. Və bəlli bir temperaturda qurutma zamanı bakteriyalar məhv olur. Yəni dünya standartlarında süngər-filan kimi vasitələr artıq keçmişdə qalıb. Bizdə isə maşını olmayan xanımlar təbii ki, həmin süngərlərdən istifadə edirlər. Çox vaxt da sürgəri təmiz yumadan, tam dezinfeksiya etmədən təkrar digər qabları yuyurlar. Nəticədə bu vasitələrin yaratdığı bakteriyalar mədə-bağırsaq sistemini sıradan çıxarır, zəhərlənmə halları və s. xəstəliklərə səbəb olur".
Mütəxəssisin fikrincə, bütün bunlardan çıxış yolu isə həmin süngərləri vaxtlı-vaxtında xüsusi dezinfeksiyaedici vasitələrlə təmizləməkdir:
"Süngərlər hər iki-üç saatdan bir xüsusi məhlullarla dezinfeksiya olunmalı, suyun altında tam yuyulub-sıxıldıqdan sonra öz təmiz qabında yerləşdirilməlidir. Və həmin süngər üç gündən artıq istifadə olunmamalı, yenisi ilə əvəzlənməlidir. Yalnız bu hallara riayət olunduğu təqdirdə süngərlərin heç bir həyati təhlükəsi ola bilməz".
Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) aldığımız cavabda da belə vasitələrin istifadəsi zamanı gigiyenik tələblərə əməl olunmasının vacibliyi vurğulanıb.
Qurumun Qida zəncirinə nəzarət şöbəsinin müdiri Elşad Cəbrayılov bildirib ki, dəsmal, süngər və mətbəx ləvazimatları ilə təmasda olan digər təmizlik vasitələri düzdün yiyulmadığı və qurudulmadığı halda üzərindəki çirkli və ya rütbəli mühit bakteriyaların böyüməsinə əlverişli şərait yaradır:
"Bu səbəbdən dəsmallar, süngərlər və soba əlcəkləri mütəmadi olaraq yuyulmalı və nəm mühit yaranmasının qarşısını almaq üçün quruduğundan əmin olunmalıdır. Eyni zamanda, istənilən gigiyenik vasitələr, o cümlədən, süngər və dəsmallar istifadə müddəti ərzində mütəmadi dəyişdirilməlidir".
Sevinc Paşayeva,
KONKRET.az

Sağlamlıq       Tarix: 02 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi en son xəbərlər bugün cəbhədən yeni xəbərlər cəbhədən xəbər