Həddindən artıq istilər beynə necə təsir edir? – Həkimlərdən xəbərdarlıq
Artan istilər təkcə fiziki rahatlığı pozmur, həm də beyin funksiyalarına ciddi təsir göstərir. Həkimlərin və alimlərin bildirdiyinə görə, yüksək temperatur epilepsiya, miqren, Multiple Skleroz (MS) kimi nevroloji xəstəlikləri olan insanlarda tutmaların və simptomların daha tez-tez və şiddətli baş verməsinə səbəb ola bilər.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, məsələn, Dravet sindromu ilə yaşayan 13 yaşlı Jake hər isti hava dalğasında ağır tutmalar keçirir. Onun valideynləri bildirir ki, adi bir gəzinti belə onu həyati risklə üz-üzə qoya bilər.
Mütəxəssislər vurğulayır ki, insan beyninin normal işləməsi üçün sabit daxili temperatur vacibdir. Havanın 35-40 dərəcəyə çatdığı günlərdə isə beynin qərarvermə qabiliyyəti zəifləyir, emosional dəyişkənlik artır, hətta aqressiv davranışlar çoxalır.
Alimlər bununla bağlı iqlim dəyişikliyinə qarşı tədbirlərin vacibliyini vurğulayır və əhaliyə isti havalarda kölgədə qalmağı, bol su içməyi və bədən istiliyini qorumağı tövsiyə edirlər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…