Qadın "Süngər Bob"un əmri ilə üç yaşlı qızını öldürdü - FOTO
Qadın "Süngər Bob"un əmri ilə üç yaşlı qızını öldürdü - FOTO
ABŞ-da narkotik aludəçisi olan ana üç yaşlı qızını öldürüb, öz hərəkətini isə "Süngər Bob kvadrat şalvar" cizgi filminin qəhrəmanının ona əmri ilə izah edib.
22 yaşlı amerikalı Yustina Conson uşağın üç yaşına çatdıqdan iki gün sonra onu bıçaqlayaraq öldürüb. Bundan sonra o, cəsədi zibil torbasına qoyaraq küçəyə atıb. Qızını öldürməzdən əvvəl qadın intihara cəhd edib. Qeyd olunur ki, o, bir neçə həftə heroin qəbulunu dayandırdıqdan və yuxusuzluq problemindən (o, təxminən iki həftə yatmayıb) sonra halüsinasiya görməyə başlayıb.
"O, baş verənlərin təfərrüatlarını xatırlamadığını söylədi. Consonun televiziyadan halüsinasiyaları var idi, oradan ona qızının öldürülməsi əmr olunurdu, əks halda özünün öldürüləcəyi bildirilirdi. Bunu ona "Süngər Bob" əmr edib. O, həyatı üçün qorxduğunu və dəli olduğunu etiraf edib", - deyə müstəntiq Rayan Eberlayn bildirib.
Qadın məhkəmə zalına qandallarla gətirilərkən və məhkəmə boyu hönkürtü ilə ağlayıb. O, birinci dərəcəli qətl və uşaq istismarında ittiham olunub.
Mənbə: New York Post
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız