Qadınların pulunu oğurlayan şəxs saxlanıldı - FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Etibar Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs şəhər ərazisində qadının bankomatdan pul çıxardığını gördükdən sonra onu izləyib və zərərçəkən yaşadığı binaya daxil olduqda E.Məmmədov ona fiziki güc tətbiq edib, cibində olan pulu götürdükdən sonra hadisə yerindən uzaqlaşıb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun şəhərin 20 Yanvar küçəsində daha bir qadının pul qabını da soyğunçuluq yolu ilə ələ keçirdiyi müəyyən edilib. E.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və ələ keçirdiyi pulları xərclədiyini bildirib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Həmin şəxsin digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar