Qafan-Gorus yolunda SON VƏZİYYƏT: ermənilər təşvişdədir
Qafan-Gorus magistral yolunun Azərbaycan ərazisindən keçən hissəsinin bağlanmasından sonra Şurnuxu, Şahverdilər və Bardzravan kəndinin ana yolla bağlantısı kəsilib.
Publika.az xəbər verir ki, ermənilər Bardzravan kənd icmasının rəhbəri Onik Avagyan deyib.
Onun sözlərinə görə, bu kəndlərdən Gorus-Qafan magistral yoluna çıxmaq üçün mümkün alternativ yollar istifadəyə yararsızdır: "Meşənin yaxınlığında tatevə gedən torpaq yollar pis vəziyyətdədir, orada avtomobillə getmək mümkün deyil".
Şurnuxu kənd icmasının sədri Akop Arşakyan deyir ki, alternativ yolların düzəldilməsi 15 gün vaxt ala bilər.
Ermənilər Azərbaycan tərəfi ilə danışıqlar aparmaq istəyib. Lakin Azərbaycan tərəfi rus sülhməramlılarının rəhbərliyi ilə danışıq aparıla biləcəyini qeyd edib. Sülhməramlıların rəhbəri Rüstəm Muradov və digər rəhbər şəxslər məzuniyyətdədir.
Sünik (Zəngəzur) qubernatorunun müavini Narek Babayan bildirib ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsinə alternativ olan yolun istifadə edilməsinin mümkünlüyü yoxlanılır.
"Bu yolun bir hissəsi asfaltlanıb, digər işlər davam etdirilir. Lakin iş ilin sonuna başa çata bilər. Hazırda alternativ yola bir yük maşını buraxılıb, əgər bu maşın keçə biləcəksə, digər maşınlar bu yola yönəldiləcək", - o bildirib.
Qeyd edək ki, Ermənistanın xaricə iki əsas çıxışı var. Biri Dilican (Tavuş) istiqamətində Gürcüstana, digəri Gorus-Qafan yolu ilə İrana gedən yoldur. Azərbaycan bu çıxışlarından birini faktiki bağlamaqla İrəvana nələr edə biləcəyini göstərir.
Asif
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək