Qafanda FARS, Şuşada isə TÜRK konsulluğu - ÖZƏL ŞƏRH

Qafanda FARS, Şuşada isə TÜRK konsulluğu - ÖZƏL ŞƏRH"Türkiyənin Şuşada konsulluq açması bu iki dövlət arasında 2021-ci ilin 15 iyununda Şuşada əldə edilmiş razılıq fonunda gözlənilən idi. Şuşa bəyənnaməsi iki dövlət arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi istiqamətində aparılan məqsədəyönlü işin təntənəsi və iki qardaş dövlət arasında bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində münasibətlərin yeni mərhələyə adlaması baxımından tarixi əhəmiyyət kəsb edən hadisə idi".
KONKRET.azsualına cavabda bunları yazan politoloq Elşən Manafov əlavə edib ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin bugünkü məzmun və mahiyyəti təkcə iki dövlət arasında əlaqələrin inkişafı və genişlənməsi işinə deyil, bütövlükdə regionda sülhün və sabitliyin bərqarar edilməsinə ciddi töhfədir:
"Və Şuşada konsulluğun açılması Azərbaycan mədəniyyətinin incisi sayılan bu şəhərə xor gözlə baxan, Azərbaycanın müstəqilliyini təhdid edən, onun Qarabağ üzərindəki suveren hüquqlarını qəbul etmək istəməyən bəlli dairələrə ismarıcdır. Türkiyə bundan sonra da hər zaman can Azərbaycanın yanında olacağına, Şuşadakı konsulluğu açmaqla bir daha işarə vermiş oldu.
Bunların fonunda İranın Qafanda konsulluq açmaqla bağlı mövqeyi isə onun Zəngəzur dəhlizinin açılması, Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası ilə bağlı məsələlərə münasibəti kimi qəbul olunmalıdır. Sərhədlərin dəyişilməzliyi və toxunuzmazlığı ilə bağlı beynəlxalq hüququn məlum prinsipinə istinad edən rəsmi Tehran illərdir ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına adekvat münasibət sərgiləməmişdir, üzdə bunun yolverilməz olduğunu və Ermənistanı işğal olunmuş ərazilərdən çıxmağa dəvət etsə də, onunla iqtisadi, enerji, hərbi sahələrdə sıx əməkdaşlıq etmiş, bununla da islam dövləti olaraq bütün dünyada müsəlmanların haqq işini müdafiə edəcəyi ilə bağlı öz öhdəliklərini kobud şəkildə pozmuşdur".
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 22 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


azerbaycan xeberleri son xeberler yeni xeberler xankendi son xeber az idman xeberleri sonxəbər