Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən dünya jurnalistlərini bir araya gətirmək üçün yeni şəbəkə yaradılacaq.
Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin və "Timberwolf Phoenix" media şirkətinin təşkilatçılığı ilə "Ərazi bütövlüyü beynəlxalq hüququn bir hissəsi kimi: Azərbaycan nümunəsi" mövzusunda videokonfrans təşkil olunub.
Dövlət Komitəsinin rəsmi əməkdaşlarının, "Timberwolf Phoenix" media şirkətinin prezidenti Ben Minik və vitse-prezidenti İrina Tsukermanın iştirak etdiyi videokonfransda müxtəlif ölkələrdə yaşayan 40-a yaxın jurnalist, siyasi ekspertlər və digər şəxslər iştirak ediblər. Məqsəd Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən dünya jurnalistlərini bir araya gətirmək və Qafqaz Jurnalistləri Şəbəkəsini yaratmaqdan ibarətdir.
İrina Tsukerman və Ben Minik "Timberwolf Phoenix"in missiyası və fəaliyyəti, Azərbaycan və Ermənistan arasında müharibə zamanı "Republic-Underground" xəbər saytındakı məqalələrin baxış sayının 65 milyona çatması, eləcə də onlayn konfransın məqsədi barədə ətraflı məlumat veriblər.
Sonra öz fəaliyyətləri barədə təqdimatla çıxış edən hər bir jurnalist tədbirin əhəmiyyətinə diqqəti cəlb edib və Azərbaycanın ərazi bütövlüyünü tanıyan jurnalistlər şəbəkəsinin yaradılmasının önəmindən danışıblar.
Tədbir Ermənistanın Azərbaycana qarşı təcavüzünün kökləri, tarixi və hazırda siyasi meydanda baş verən hadisələrə həsr olunmuş videoçarxın nümayiş olunması ilə davam edib.
Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli razılaşmanın təfərrüatları, ABŞ-ın yeni prezidentinin bu məsələyə münasibəti, Avropa təşkilatlarının rəsmi sənədlərinin işlək mexanizmlərə malik olmaması, Azərbaycanın ərazi bütövlüyünün bərpasının nəticəsi, azərbaycanlıların ermənilərlə gələcəkdə yanaşı yaşaması, münaqişənin həllindən sonra Cənubi Qafqaz regionundakı ölkələrin iqtisadi əhəmiyyəti və perspektivləri barədə fikirlər səsləndirilib, birtərəfli, qərəzli yanaşmaya qarşı mübarizə aparmaq məqsədilə jurnalistlərin bir platforma ətrafında birləşməsinin vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçıları Qafqaz Jurnalistləri Şəbəkəsinin yaradılması təklifini razılıqla qarşılayıblar.
Qeyd edək ki, "Qafqaz Jurnalistləri Şəbəkəsi"nin əsas məqsədi Azərbaycanın haqlı mövqeyini dəstəkləyən jurnalistləri bir araya gətirmək, Azərbaycan həqiqətlərinin nüfuzlu media vasitələrilə dünyaya çatdırılmasına nail olmaq, jurnalistlərin istinad edə biləcəyi obyektiv xəbərlər və məqalələr bazasını formalaşdırmaq, tanınmış xarici jurnalistlərlə sıx əməkdaşlıq əlaqələri yaratmaqdan ibarətdir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."