QAİ: "Qərb mediası Azərbaycana qarşı əsl düşmənçilik kampaniyasına başlayıb"

QAİ: "2020-ci ildə Azərbaycan Vətən müharibəsində Ermənistan və onun havadarları üzərində tarixi zəfər çalaraq ədaləti bərpa etdikdən sonra bir sıra Qərb ölkələrində azərbaycanofobların sayı sürətlə artmaqdadır".
KONKRET.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının (QAİ) yaydığı bəyanatda deyilir.
"Son vaxtlar Qərb mediasında muzdlu mirzələr, rasistlər, müsəlmanlara nifrət edənlər, dini təəssübkeşlik çəkənlər Azərbaycana qarşı əsl düşmənçilik kampaniyasına başlamışlar. ABŞ mediasında gedən sifarişli yazılar, rasizmin və islamofobiyanın cəmiyyətin bütün sferalarına nüfuz etdiyi Fransa mediasının düşdüyü zavallı durum, BBC-nin "Xocalıya ədalət" kampaniyasına reaksiya olaraq 2017-ci ildə "İvanyan (Ermənistanın Xocalı şəhərinə verdiyi qondarma ad) onilliklər boyu davam etmiş Azərbaycan işğalından sonra "Artsax"ın inkişaf edən kəndidir" deməklə Azərbaycan xalqının hisslərini təhqir edən bir separatçıya və Serj Tankyan kimi faşist düşüncəli şəxslərə qucaq açması, 2023-cü il sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Laçın yolu ilə bağlı dinləmələrin təşkil olunması və azərbaycanofob Luis Okamponun ora dəvət edilməsi bunun bariz nümunəsidir.
Faktiki olaraq bu kampaniya səhər bir, axşam isə tamam fərqli fikir söyləyən, vaxt qazanmaqla sülh müqaviləsini imzalamaq istəməyən Nikol Paşinyan hakimiyyətini, Ermənistanda bütün revanşist qüvvələri ruhlandırır.
Yalandan "Bizdə media müstəqildir", "Media hökumətdən ayrıdır" demələrinə baxmayaraq bir daha məlum olur ki, media məhz həmin dövlətlərin, dairələrin Azərbaycana qarşı mübarizəsində çirkin bir alətə çevrilmişdir. Bu mənada, hazırda Qərb mediası Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməyən, bölgəni yenidən qana çalxalamağa çalışan Ermənistanla müttəfiqdir".

Siyasi       Tarix: 04 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən canlı butun xeberler ən son xeberler xəbər az