"Qalatasaray"dan ayrılacaq 5 futbolçu - Terimin "qara siyahı"sı
Mövsümün sonunda heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran "Qalatasaray"dan ayrılacaq 5 futbolçu müəyyənləşib.
Publika.az xəbər verir ki, "cim-bom" yola salacağı oyunçular sayəsində maaş büdcəsində 15 milyon avroya yaxın azalmaya nail olacaq.
Baş məşqçi Fatih Terimin "qara siyahı"sına hücumçu Radamel Falkao başçılıq edir.
Müqavilə müddəti gələn ilin yayına qədər olan kolumbiyalının illik qazancı 5 milyon avrodur. Qətər və ABŞ klublarının maraq dairəsində olan 35 yaşlı oyunçunu rəhbərlik hətta pulsuz göndərməyə də hazırdır.
Hazırda "sarı-qırmızılılar"da icarə əsasında çıxış edən Oqenekaro Etebo və Marselo Sarakki müqavilə ilə məxsus olduqları "Stok Siti" və "Leypsiq"ə qayıdacaqlar. Martin Linnes və Şener Özbayraklının isə başa çatan müqaviləsi yenilənməyəcək.
Bundan başqa, Fernando Muslera, Əmrə Akbaba və Yunes Belhandaya maaşlarında endirimə getmək şərti ilə yeni müqavilə təklif olunacaq. Kapitan Muslera artıq məvacibində 1 milyon avroluq endirimə razılıq verib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu