Qani buna görə ölkədən qaçıb - İLGİNC SƏBƏB

Qani buna görə ölkədən qaçıb - İLGİNC SƏBƏBƏfqanıstanın keçmiş hökumət başçısı Əşrəf Qani Taliban yaraqlılarının Prezident Sarayına girib onu edam edəcəyindən qorxaraq heç kimə xəbər vermədən ölkədən qaçıb.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti yazıb.
Nəşr qeyd edib ki, Kabil və Vaşinqtondakı yüksək vəzifəli şəxslər Talibanın paytaxtı bir neçə həftəyə ələ keçirəcəyini gözləyirdilər. Amma Taliban avqustun 14-də Cəlalabad əyalətinin mərkəzi şəhərini ələ keçirdikdən sonra çox zəif müqavimət qarşısında paytaxta girib.
"Vaşinqton Post" Talibanın Kabilə girməsindən sonra Prezident Sarayında baş verən hadisələrin irreal şəklini çəkib.
Keçmiş hökumət rəsmisi Amerika nəşrinə bildirib ki, Qaninin baş müşaviri Taliban döyüşçülərinin saraya girdiyini və otaqları axtardıqlarını söyləyərək onu aldadıb və buradan tez çıxmalı olduğunu bildirib.
"Saraya girənlər ya sizin mühafizəçilərinizdir, ya da Taliban yaraqlılarıdır. Amma nə olur-olsun burada qalsanız sizi öldürəcəklər", - müşaviri Qaniyə deyib.
Məlumata görə, Qani bəzi şeyləri götürmək üçün evinə qayıda biləcəyini soruşduqda, bunun üçün vaxt olmadığını söyləyiblər. Bundan sonra həyat yoldaşı və müşavirləri ilə birlikdə onu təyyarənin gözlədiyi Özbəkistana uçan vertolyota miniblər. Komanda üzvləri nahardan saraya qayıtdıqda onun getdiyini və ofisinin boş olduğunu görüblər.
Nəşr qeyd edib ki, əslində, həmin vaxt Taliban döyüşçüləri saraya girməmişdilər, Kabilin yaxınlığında dayanmışdılar.
Qəzet yazıb ki, Qani taliblərin sonuncu dəfə 1996-cı ildə hakimiyyəti ələ keçirdikdən sonra asılaraq edam etdiyi Əfqanıstan prezidentinin aqibətini yaşayacağından qorxur.
Qani hökumət rəsmilərinə və ABŞ-a qaçması barədə məlumat verməyib.
Qani qaçma ərəfəsində dövlət televiziyasındakı müraciətində əfqanlara əsas məqsədinin xalqına qarşı zorakılığın qarşısını almaq, onlara təhlükəsiz həyat təmin etmək olduğunu demişdi. Bu məqsədlə Əfqanıstan ordusunu yenidən qurmağa başladığını bildirmişdi.

Dünya       Tarix: 31 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi cəbhədən son dəqiqə novruz bayramı kriminal