Qanunsuz mərc oyunlarında iştirak edənləri hansı təhlükə gözləyir? — Hüquqşünasdan AÇIQLAMA

Qanunsuz mərc oyunlarında iştirak edənləri hansı təhlükə gözləyir? — Hüquqşünasdan AÇIQLAMASon zamanlar influenserlər və məşhur şəxslərin qanunsuz mərc oyunlarını reklam etməsinin tez-tez şahidi oluruq. Bu cür reklamlara daha çox "Instaqram", "TikTok" "Telegram" kimi sosial şəbəkələrdə rast gəlirik…
İnfluenserlər və məşhurların bu cür qanunsuz oyunların reklamında iştirakı hansı məsuliyyət yaradır?
Maraqlıdır, onlara qarşı hansı hüquqi tədbirlər görülə bilər?
Hüquqşünas Tural Həsənli Demokrat.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Cinayət Məcəlləsinə əsasən, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama cinayət məsuliyyətinə səbəb olur. "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir".
Ekspert qeyd edib ki, son zamanlar bəzi məşhur şəxslərin media subyektlərində, internet sosial platformalarında qanunsuz mərc oyunlarını reklam və təbliğ etməsi, tərifləməsi, digər şəxsləri həmin oyunlarda iştiraka çağırış etməsi və həmin qumar oyunlarını təbliğ etməsi geniş yayılıb:
"Sadalanan hərəkətlərin həyata keçirilməsi qanun pozuntusu olmaqla yanaşı, həmin reklam əsasında buna marağı yaranan şəxslərin həmin oyunlarda iştirak etdikdən sonra onlara pul vəsaitinin əldən çıxmağı ilə nəticələnən maddi zərər vurur.
İnzibati Xətalar Məcəlləsinə əsasən, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir".
Hüquqşünas T.Həsənli onu da əlavə edib ki, sosial platformalar üzərindən oynanılan qumar oyunlarında oyunçu öz kart məlumatlarını həmin platformaya daxil edərək iştirak edir:
"Bu isə özlüyündə zəmanətsiz sistem olduğundan müvafiq şəxslərin kart hesablarına xarici domenlərdən kiber yolla müdaxilə edilərək müxtəlif vaxtlarda onların pullarının digər hesablara ötürülməsinə, pul vəsaitlərinin əldən çıxmasına şərait yaradır. Vətəndaşlar hər bir halda ayıq olmalıdırlar, bu cür oyunlarda iştirak etməməli, mənbəyi məlum olmayan platformalarda şəxsi və kart hesabı məlumatlarını yerləşdirməməlidirlər". / azxeber.com

Sosial       Tarix: 26 sentyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun cəbhədən şad xəbər xeber maraqlı xəbərlər