Qanunsuz şans oyunlarını kimlər niyə reklam edir?

Siz heç "Dəniz quldurluğu çox maraqlıdır, gəlin dənizlərdə gəmiləri qarət edək" və ya "Qaçaqmalçılıq iqtisadiyyata xeyirdir" kimi reklamlar görmüsünüzmü? Görməmisiniz, çünki media cinayətləri reklam edə bilməz. Belə materialların yayılması həm də "Media haqqında" qanunun 14-cü maddəsinin tələblərinin pozuntusudur. Bəs cinayət sayılan əməlin reklamı nə dərəcədə etikdir?
Son zamanlar xüsusən "instagram" və "tiktok" sosial şəbəkələrində qanunsuz şans oyunlarının reklamlarına rast gəlinir. Bu cür qanunsuz şans oyunlarını reklam edən məşhurlar və ya bəzi saytlar bunun təbliğatını aparır. Belə oyunlarla əldə edilən vəsaitlər də ölkədən kənara çıxır. 
Qanunsuz şans oyunlarının (qumar oyunları) reklamı qəsdən və ya bilməzlikdən ola bilər. Buna görə də, media sahəsində işləyənlərin reklamla bağlı qanunvericiliyini bilmələri çox vacibdir. "Media haqqında" qanunda da istifadə edilən "media savadlılığı" anlayışı bu kimi hallarda öz əhəmiyyətini göstərir. 
Cinayət Məcəlləsinin 244-1-ci maddəsində qeyd edilir ki, "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları qumar sayılmır. "Lotereyalar haqqında" qanunda qeyd edilir ki, ölkə ərazisində lotereyaları (stimullaşdırıcı lotereyalar istisna olmaqla) ancaq "Azərlotereya" ASC keçirə bilər. Yəni bütün digər lotereyaların keçirilməsi cinayətdir. 
"Bədən tərbiyəsi və idman haqqında" qanunda isə qeyd edilir ki, ölkədə ancaq iki idman mərc operatoru mövcuddur və bunlardan biri "Misli" əmtəə nişanı altında fəaliyyət göstərən "Azərlotereya" ASC-dir. Yəni iki yerli operatordan başqa bütün digər operatorların, o cümlədən bütün xarici operatorların fəaliyyəti qanunsuzdur və cinayətdir. 
Qanunsuz şans oyunlarının reklamı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Reklamı qadağan olunan əmtəələrin Siyahısı"na da daxil edilib
Qanunsuz şans oyunlarının reklamına görə qanunvericiliklə cəza da müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsində qeyd edilir ki, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. 
Qanunvericiliklə verilmiş səlahiyyətdən istifadə edərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunsuz şans oyunlarının reklamları ilə əlaqədar araşdırmalar aparır və tədbirlər görür. 
Bu halda reklamı yerləşdirən media rəhbəri "bilmirdim" deyə də bilməz, çünki bilməmək qanuni məsuliyyətdən azad etmir.
Qanunsuz şans oyunlarının reklam edənlər həm də reklama inanan insanlara vurduqları maddi və mənəvi ziyana görə də məsuliyyət daşıyırlar. Qanunsuz şans oyunlarında iştirak edənlərin hüquqlarının pozulması, iştirakçıların pozulmuş hüquqlarının bərpa edilmə mexanizmlərinin mövcud olmaması, uduşların ödənilməsinə zəmanət verilməməsi kimi hallarla qarşılaşan oyun iştirakçıları qumar oyununda iştiraka görə cərimə olunmaqla yanaşı, həm də qanunsuz reklama inanmaq nəticəsində çəkdiyi zərəri reklam yerləşdirəndən tələb edə bilər. 
Qanunsuz şans oyunları belə oyunların iştirakçılarına zərər vurmaqla yanaşı, dövriyyənin gizlədilməsi, vergidən yayınma halları, belə oyunların şərtlərinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaması dövlətə maddi və reputasiya zərəri vura bilər. 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev azxeber.com-a açıqlamasında bu cür hallarla bağlı fikirlərini bildirib."Azərbaycanın özünün qanuni idman mərc oyunları və lotereyaları var. Mən həmişə demişəm ki, əgər belə ehtiyac varsa, orada bəxtlərini sınasınlar. Qaldı ki, xarici platformalarında aparılan, internet üzərindən gedən qanunsuz mərc oyunlarının təbliğatı, təşviqatı, reklamı, mən bunların əleyhinə həmişə çıxış etmişəm. Özü də bu total bir xarakter daşıyır. "Youtube" digər internet vasitələri ilə filmə, kinoya baxanda, məcburən həmin qanunsuz mərc oyunları insanların qarşısına çıxır. Təbii ki, bu, bizə tam zərərlidir."- deyə deputat bildirib. 
Qanunsuz şans oyunlarını kimlər niyə reklam edir?Rüfət Quliyev qeyd edib ki, qanunsuz şans oyunlarında uduzmaq ehtimalı daha çoxdur. Deputat qeyd edib ki, qanunsuz şans oyunlarına qarşı təbliğat-təşviqat işlərini artırmaq lazımdır:
"Yaxın günlərdə mən bununla bağlı çağırış edəcəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat  Nazirliyi addımlar atsın. Xüsusi orqanlar var ki, onlar düşünsünlər, hansısa formada bunun qarşısını almaq olar. Yaxud da təsirini azaltmaq olar. Amma mən deyim ki, bu cür qanunsuz şans oyunlarının həcmini götürsək, bəlkə də yüz milyonlarla manatdır. Ona görə də, biz də sosial şəbəkələrdə müraciətlər etməliyik. İnsanlara izah etməliyik ki, əgər lotereyalarda iştirak etmək istəyirsinizsə, Azərbaycanda qanuni formada keçirilənlərdə iştirak edin. Məsələn, bizdə lotereyalar var, yerində silib şansını yoxlayırsan. Buna görə də, təbliğat-təşviqat işlərini artırmalıyıq".
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Qurumdan verilən məlumata görə, aparılan monitorinqlər və Dövlət Xidmətinə daxil olan müraciətlərin təhlili zamanı bir sıra internet portallarında mövcud qanunvericiliyin tələblərinə zidd olaraq qanunsuz idman mərc oyunlarının reklam edildiyi müəyyən olunub. Bu cür reklamlarda həmin qanunsuz oyun və lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikri aşılanır, həmçinin qazanc əldə edilməsinə zəmanət verilməsinə dair fikirlər də yer alır ki, bu da müvafiq qanunvericiliyin tələblərinə ziddir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev azxeber.com-a açıqlamasında deyib ki, qumar oyunlarının təşkili və ya keçirilməsinə, həmçinin ölkə ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə qarşı mübarizə tədbirləri DİN tərəfindən daim diqqət mərkəzində saxlanılır: 
Qanunsuz şans oyunlarını kimlər niyə reklam edir?"Bildirirəm ki, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama halları Cinayət məcəlləsinin 244-1-ci maddəsinə əsasən məsuliyyət yaradır.
Ölkə ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə isə şəxs barədə İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinə əsasən İnzibati Tənbeh tədbiri tətbiq edilir".
İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə uyğun olaraq, qanunsuz şans oyununda (qumar oyunu) iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir.
Cəza tədbirləri necə həyata keçirilir?
Cinayət Məcəlləsinin 244-1-ci maddəsinə uyğun olaraq qanunsuz şans oyunlarının təşkili və ya keçirilməsi cinayəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ya daxili işlər (polis) orqanları tərəfindən cinayət işi açılır. 
İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi üzrə protokol daxili işlər (polis) orqanları tərəfindən açılır.
Vergidən yayınma 
Qanunsuz şans oyunlarını təşkil edən operatorlar və şəxslər vergi ödəmirlər. Qanunsuz şans oyunları platformalarına edilən ödənişlər, belə platformalardan qazanılan uduşlar və həmin platformaların operatorlarının mənfəəti vergidən yayınır və bununla da, dövlət büdcəsi ciddi maliyyə itkiləri ilə üzləşir.
Bundan əlavə, qanunsuz şans oyunlarından cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədləri ilə istifadə edilə bilər ki, bu da dövlət təhlükəsizliyinin təmin edilməsi üçün problemlər yarada bilər.
Qanunsuz şans oyunlarında iştirak edənlərin hüquqları necə pozulur?
Qanunsuz  şans oyunları istehlakçılar üçün yüksək risklərin mövcud olduğu sahədir. Dələduzluq meylləri və iri məbləğli uduşların ödənilməməsi geniş yayılmış hallardır.  Qanunsuz şans oyunları operatorları faktiki olaraq maliyyə piramidaları kimi fəaliyyət göstərir: uduzanların ödədiyi vəsaitlər iri uduşları vermək üçün kifayət etmədikdə belə uduşlar verilmir və bu operatorların fəaliyyəti qanunsuz olduğu üçün zərər çəkən şans oyunu həvəskarları da dövlət orqanlarının və məhkəmələrin köməyindən istifadə edə bilmirlər. 
Bundan əlavə, qanunsuz şans oyunları məsuliyyətli oyun standartlarına uyğun olmadan təşkil edildikləri üçün bu oyunlar həmin oyunlarda iştirak edən şəxslər üçün sosial və psixoloji fəsadlar da yarada bilər. 
Qanunsuz şans oyunlarının reklamlarını paylaşan sayt və sosial media səhifələri 
Yuxarıda da yazdığımız kimi, qanunsuz şans oyunlarının reklamı, o cümlədən saytlarda reklamların (banner və sair) yerləşdirilməsi reklam qanunvericiliyinin pozuntusu sayılır və bu əmələ yol verənlər cərimə olunurlar. 
Görəsən, qanunsuz şans oyunlarını təbliğ edənlərin daşıdıqları məsuliyyətdən xəbərləri varmı? Yoxsa belə bundan sonra özlərinə və ölkələrinə vurulan zərərə görə cavab verməli olacaqlar.
Mövzunu davam etdirəcəyik. 
 
Günel Hüseynli


İqtisadiyyat     Baxılıb: 243   Tarix: 13 aprel 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Əgər neftin qiyməti enərsə, mənfi təsirləri qarşılamaq üçün ehtiyat addımlarımız var

Maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin qiymətinin düşəcəyi təqdirdə ehtiyat addımların planlaşdırıldığını deyib. Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrini

Azərbaycanda minimum pensiya artırılır

Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur. xəbər verir ki, bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyind

"Azərsun Holdinq"in İdarə Heyətinin üzvü Yaşıl Zonada çıxış edəcək

COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı "Azərsun Holdinq" layihə çərçivəsində artıq bir neçə gündür ki, Yaşıl Zonadakı pavilyonunda süni intellekt, təkrar emal və sağlam həyatla bağlı bir sıra təqdimatlar və seminarla

Sahibkarlara şad xəbər: 3 işçi tələbi yığışdırılır

Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işç

Pensiyaların ödəniləcəyi tarix bilindi

Rayonlar üzrə pensiya ödənişi beş gündür ki, gecikir. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi təqaüdçülərin müraciətinə cavab olaraq bildirib ki, pensiyaların noyabrın 20-23 tarixi aralığında verilməsi nəzərd

Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb

Azərbaycanın ən böyükkommersiya banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma vəİnkişaf Bankı (EBRD), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsind

Onlara ƏDV-nin 50 faizi geri qaytarılacaq

Azərbaycanda teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı ödənilən ƏDV-nin 50%-i geri qaytarıla bilər. xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihəsind

Unibank biznes sahibləri üçün UPOS xidmətini pulsuz etdi

Unibank POS-terminal xidmətinəqoşulmaq istəyən sahibkarlar üçün bütün əməliyyatları komissiyasız edib. Dekabrın31-dək davam edən kampaniya çərçivəsində onlayn UPOS xidmətinə qoşulan yeni müştərilər üçün qoşulma, xidmət haqq

Əhalinin nəzərinə! - Ehtiyac meyarı gələn ildən artırılır

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilir. xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsin


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri sonxeber xeber az