Ramiz Mehdiyev müxalifət partiyasının lideri ilə necə görüşüb? - FAKTLAR AÇIQLANDI

Ramiz Mehdiyev müxalifət partiyasının lideri ilə necə görüşüb? - FAKTLAR AÇIQLANDISon günlər mediada yayılan bir foto müzakirələrə səbəb olub. Şəkil Milli İstiqlal Partiyasının (AMİP) qurucu lideri Etibar Məmmədovla Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyevin salamlaşdığı səhnəni əks etdirir. Bir az arxada isə PA ictimai-siyasi şöbənin sabiq müdiri Əli Həsənov var. Bu fotonun tədbirdən çəkildiyi bəllidir.
İddialara görə, bu foto AMİP-in 5 illik yubileyində çəkilib. İctimaiyyətdə sual yaranır ki, həmin vaxt Müsavat və AXCP-nin yubiley tədbirlərinə hakimiyyət nümayəndələri iştirak etmədiyi halda, nədən AMİP-ə bu cür yüksək diqqət göstərilib?
Globalinfo.az-a danışan AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Ramiz Mehdiyev və Etibar Məmmədovun şəkili 1997-ci ildə AMİP-in 5 illik yubileyində çəkilib:
Ramiz Mehdiyev müxalifət partiyasının lideri ilə necə görüşüb? - FAKTLAR AÇIQLANDI"O dövrdə protokol qaydası belə idi ki, hökumət nümayəndələri mütləq tədbirlərdə iştirak etməli idilər. AMİP isə ölkənin əsas aparıcı müxalifət partiyası sayılırdı. Mərhum Prezident Heydər Əliyevin tapşırığı ilə Ramiz Mehdiyev hökuməti təmsil edərək partiyanın yubileyini təbrik etmək üçün tədbirə qatılmışdı. Həmin vaxt hazırkı Prezident İlham Əliyev də SOCAR-ın birinci vitse-prezidenti kimi tədbirdə iştirak etmişdi".
AMİP-ə göstərilən diqqətin səbəbini izah edən Arzuxan Əlizadə qeyd edib ki, o dövrdə AMİP əsas müxalifət partiyası olaraq parlamentdə təmsil olunurdu:

Arzuxan Əlizadə
"Digər partiyaların tədbirlərinə hökumət nümayəndələrinin qatılıb-qatılmaması barədə məlumatım yoxdur. Lakin bu, protokol qaydalarına uyğundur. Məsələn, AMİP-in 30 illik yubileyində də Yeni Azərbaycan Partiyasından partiya sədrinin müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edib. Digər partiyalar da tədbirə dəvət olunmuşdular".
A.Əlizadə həmçinin qeyd edib ki, AMİP 2001-ci ildə Binəqədidəki böyük qərargahından məhrum edildikdən sonra yeni qərargahla təmin olunmamışdı, halbuki digər partiyaların qərargahları mövcud idi:
"AMİP 2000-2024-cü illər ərzində parlamentdə təmsil olunmasa da, AXCP və Müsavatın nümayəndələri parlamentdə iştirak edirdilər. Milli İstiqlal Partiyasının Ramiz Mehdiyev ilə yaxın münasibətdə olması barədə heç bir fakt yoxdur. Lakin bəzi digər siyasi qurumlara pərdəarxası münasibətlərin mövcud olduğu da sirr deyil". / konkret.az

Siyasi       Tarix: 05 noyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber son xeberler bugun 2026 canli qurban bayrami 2026 en sonxeber