"Nar"a yeni baş icraçı direktor təyin olundu
27 oktyabr 2025-ci il tarixində Özgür Genc "Azerfon" MMC-nin ("Nar" ticarət nişanı) baş icraçı direktoru vəzifəsinə təyin olunub.
Özgür Genc İKT və şəbəkə texnologiyaları da daxil olmaqla, telekommunikasiya sahəsində 25 ildən çox zəngin təcrübəyə malikdir. O, Azərbaycanın "Azerconnect Group", Türkiyənin "Turkcell" və Ukraynanın "Lifecell" kimi nüfuzlu İKT və telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışaraq uğurlu texnologiya strategiyalarının formalaşdırılması, innovasiyaların tətbiqi prosesinə mühüm töhfələr verib.
Özgür Genc Türkiyənin Yıldız Texniki Universitetinin Elektrik və elektronika fakültəsini bitirib. O, həmçinin İsveçrənin nüfuzlu "IMD" Biznes Məktəbində "Rəqəmsal Transformasiya və Gələcəyin İdarə olunması" proqramını müvəffəqiyyətlə bitirib.
Özgür Genc "Azerfon" MMC ("Nar") şirkətinin baş icraçı direktoru vəzifəsində Qunnar Pankeni əvəz edib. Qunnar Panke karyerasında yeni imkanları dəyərləndirmək məqsədilə şirkətdən ayrılıb.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar"son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır