Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK
Oktyabrın 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) daxili qiymətləndirmənin yeni meyarlarına dair məlumatlandırıcı görüş keçirilib.
azxeber.com modern.az-a istinadən xəbər verir ki, tədbirdə universitetin müxtəlif kafedralarından olan müəllimlər iştirak ediblər. Görüş zamanı daxili qiymətləndirmə prosesinin təkmilləşdirilməsi, yeni meyarların tətbiqi və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi ilə bağlı ətraflı məlumat verilib.
Qeyd edilib ki, AzMİU-da diferensial əməkhaqqı sistemi artıq bir neçə ildir ki, tətbiq olunur. Bu sistem müəllimlərin fəaliyyətini müxtəlif keyfiyyət göstəriciləri üzrə qiymətləndirmək, onların nəticələrini izləmək və fərqlənən əməkdaşları mükafatlandırmaq məqsədi daşıyır.
Yeni meyarlar çərçivəsində diferensial əməkhaqqı üç kateqoriya üzrə nəzərdə tutulur. Müəllimlərin fəaliyyət göstəricilərinə əsasən, onların əsas maaşlarına əlavə maliyyə vəsaiti, yəni əlavə əməkhaqqı (bonus) hesablanacaq. Bu yanaşma universitetdə akademik fəaliyyətin keyfiyyətinin artırılmasına və müəllimlərin motivasiyasının gücləndirilməsinə xidmət edir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır