Qaqik Ağacanyan: "Zəngəzur dəhlizi açılmalıdır"

Qaqik Ağacanyan: "Zəngəzur dəhlizinin açılmasına mane olan Ermənistan bununla da regional layihələrdən kənarda qalacaq. Bunu Ermənistanda ağlı başında olan hər kəs başa düşür, amma Azərbaycana olan nifrət səbəbindən bu proyektin həyata keçirilməsini istəmirlər. Yəni "acından ölərik, amma Azərbaycanla əməkdaşlığı qəbul etmərik" prinsipilə yaşayan Ermənistan bir neçə ildən sonra bu prinsipin acısını öz iqtisadiyyatında hiss edəcək. Ermənistanda da bunun nəticəsinin ağır olacağını proqnozlaşdıranlar var: "Gəlin ondan başlayaq ki, Azərbaycanla Naxçıvan arasında həmişə nəqliyyat əlaqəsi olub. 30 il ərzində İran ərazisi ilə quru əlaqəsi var idi".
KONKRET.az xəbər verir ki, bunu "APAVEN" yükdaşıma şirkətinin təsisçisi Qaqik Ağacanyan Ermənistanın "Hayastan News" kanalına müsahibəsində deyib.
"Mən əvvəllər də demişəm ki, nə olursa-olsun, kommunikasiyalar işləməlidir. Bəli, siyasi vəziyyəti, münasibətləri, müharibəni başa düşürəm, amma kommunikasiyalar açılmalıdır və gec-tez açılacaq. Bir məsələdə Ermənistan hakimiyyəti ilə razıyam ki, bütün bunlar ölkəmizin qanunvericiliyinə uyğun, Ermənistanın müvafiq orqanları tərəfindən idarə olunmalıdır. Və bu mənada kommunikasiyaların açılması istənilən halda bizim üçün müsbət amildir. Yolun necə adlandırılmağından asılı olmayaq, Ermənistanın başqa çıxış yolu yoxdur. Bütün şərtlər yerinə yetirilərsə və Ermənistanın nəzarəti altında qalarsa, bu yol açılmalı və işləməlidir", – deyə Ağacanyan bildirib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 02 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun cəbhədən son xəbər cəbhədən son durum axsam.az xeberler