"Qarabağ: Azərbaycanın "Böyük Qayıdışı" - Fransanın məşhur qəzeti

" class="imgbcode" />Fransanın məşhur L"Opinion qəzetində "Qarabağ: Azərbaycanın "Böyük Qayıdışı", "Milli Arzusu"" başlığı ilə yazı dərc olunub.  
KONKRET.az xəbər verir ki, yazının müəllifi qəzetin analitik yazarlarından olan Jan Dominik Merşedir.
"Bu, azərbaycanlıların Qarabağa "Böyük Qayıdışı"dır. Sentyabrın sonunda ermənilərin kütləvi köçündən bir neçə həftə sonra işğal başa çatdı və ərazilər azad edildi", – deyə müəllif yazısında qeyd edib.
O, həmçinin məqaləsində Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevdən də sitat gətirib: "Böyük qayıdış. Bu, bizim milli arzumuzdur".
Bölgədəki mina problemi də yazıda öz əksini tapıb: "Ağdam 2020-ci ilin noyabrında 44 günlük müharibədə ermənilərin məğlubiyyətindən sonra Azərbaycan tərəfindən geri alınıb. Bu ərazidə heç bir döyüş olmayıb və erməni qüvvələri Rusiyanın iştirakı ilə imzalanmış bəyannamədən sonra geri çəkilsələr də ətrafdakı əraziləri yenidən minalayıblar…. Təkcə Ağdam rayonu üzrə son üç ildə 23 min piyada əleyhinə mina, tank əleyhinə mina və partlamamış hərbi sursat aşkarlanıb".
Sonra fransalı jurnalist görülən bərpa-quruculuq işləri haqqında məlumatları oxucusu ilə bölüşüb: "Azərbaycanın iri şirkətləri bu layihəyə səfərbər olunub. Səlahiyyətlilər 2040-cı ildə orada 100.000-ə qədər əhalinin məskunlaşacağına ümid edirlər. İndi şəhərin xarabalıqlarının ortasında müasir binalar ucalır, konfrans mərkəzi var. Türkiyə də bərpa prosesində yaxından iştirak edir. Burada onun bayrağı dalğalanır. Məscid isə Avstriya şirkəti tərəfindən bərpa olunur. Fotolardan göründüyü kimi o, işğal zamanı inək və donuzlar üçün tövlə kimi istifadə olunub. Onun qoşa minarəsi qorunub saxlanılsa da erməni əsgərləri üçün müşahidə məntəqəsi olub. Əvvəlki qəbiristanlıq dağıdılıb. Ona görə də qəbiristanlıq yenidən qurulur. Lakin bir çox qəbirlər boş qalıb, cəsədlər isə yoxa çıxıb…. Xəritələrlə bizə şəhərin bir gün necə görkəm alacağı, "ağıllı şəhər", "yaşıl şəhər" olacağı təsvir edilir. Azərbaycanın iri şirkətləri bu layihəyə səfərbər olunub. Artıq magistralın bir hissəsi tikilib. Paytaxt Bakı dörd saatlıq yoldur….. Böyük qayıdış 8 şəhərin və yüzlərlə kəndin yenidən məskunlaşdırılmasını nəzərdə tutur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmin edir: "Bu qayıdış könüllülük əsasında olacaq. 30 il sonra Ermənistan hərbi məğlubiyyətə uğrayıb. İndi söhbət bir milyondan çox insanın, yaxud Azərbaycan əhalisinin 10 faizinin taleyindən gedir. Sorğular göstərir ki, onların əksəriyyəti əvvəlki yaşayış yerlərinə qayıtmağa hazırdır….Hələlik, proqram hələ başlanğıcda olsa da, yalnız 3100 nəfər öz əvvəlki bölgələrində məskunlaşıb".
Məqalənin yekununda L"Opinion qəzetinin yazarı Jan Dominik Merşe bildirir ki, ikinci dəfə müstəqilliyini əldə etdikdən 32 il sonra Azərbaycan ərazi bütövlüyünü və milli suverenliyini bərpa etdiyinə inanır: Onun üçün Qarabağın yenidən bərpası və əhalinin oraya qayıdışı əsas strateji məsələdir".
Müəllif Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyovdan sitat gətirərək məqaləsini tamamlayır: "Bunun üçün Azərbaycanla Ermənistan arasında sülhə ehtiyac var". //qafqazinfo

Siyasi       Tarix: 07 noyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda xeberlər sonxabar az son xeberler bugun