"Qarabağ" – "Braqa" matçının biletləri satışa çıxarıldı

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" – "Braqa" matçının biletləri satışa çıxarılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi səhifəsi məlumat yayıb.
Biletlər bu gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Heydər Əliyev sarayının kassaları;
"Changan Azerbaijan"da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.
Qeyd edək ki, "Qarabağ" – "Braqa" oyunu fevralın 22-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

İdman       Tarix: 09 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gune olan xeberler beynelxalq bank mezenne cəbhədən yeni xəbərlər son xabarlar