"Qarabağ" bu gün Norveçin "Molde" komandası ilə qarşılaşacaq
Bu gün Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin "Molde" komandası ilə qarşılaşacaq.
Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Kiprdəki "AEK Arena"da stadionunda olacaq.
Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.
Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Scran Yovanoviç olacaq.
Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın "Şerif" komandasını mübarizədən kənarlaşdırıb - 2:1.
"Molde" isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın "Cele" klublarından güclü olub - 2:1.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) – "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır