Qarabağ Dirçəliş Fondunun 2025-ci il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçib
Qarabağ Dirçəliş Fondu 31 dekabr 2025-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor "PwC Azərbaycan" şirkətinin müvafiq dövr üzrə apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.
Fondun maliyyə hesabatları 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları, habelə mühüm uçot siyasəti prinsipləri və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatlarına dair qeydləri əhatə edir.
Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə kənar auditor təyin edilən "PwC Azərbaycan" şirkəti tərəfindən Qarabağ Dirçəliş Fondunun 2025-ci il 31 dekabr tarixinə maliyyə hesabatına dair verilən 22 may 2026-cı il tarixli rəydə qeyd olunub: "Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından "Qarabağ Dirçəliş Fondu"nun ("Fond") 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini MHBS Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir".
Qeyd edilməlidir ki, Müşahidə Şurasının digər müvafiq qərarı ilə auditorun rəyi qəbul edilib.
Məlumat üçün bildirək ki, 2025-ci il ərzində Qarabağ Dirçəliş Fonduna ümumilikdə 53,868,439 AZN ianə olunub. 2025-ci ildə qeydə alınan azalmadan sonra 2026-cı ilin ilkin göstəriciləri ianə daxilolmalarının yenidən artım dinamikasına keçdiyini nümayiş etdirir. Bu tendensiya növbəti il üzrə audit olunmuş maliyyə hesabatlarında öz əksini tapacaq.
Eyni zamanda qeyd olunmalıdır ki, Fond investisiya fəaliyyəti çərçivəsində 2025-ci il ərzində ümumilikdə 96,911,491 AZN maliyyə gəliri əldə edib. Bunun 88,302,802 AZN-i borc qiymətli kağızlar üzrə, 8,608,689 AZN-i isə banklarda gündəlik gəlirli hesablarda yerləşdirilmiş vəsaitlər üzrə faiz gəlirlərinin payına düşür.
Əldə edilən maliyyə gəlirləri keçən ilin göstəriciləri ilə müqayisədə 29.94% artıb. Nəticədə, maliyyə gəlirlərinin Fondun il üzrə ümumi gəlirlərində payı 48.16%-dən 64.27%-ə qədər yüksəlib.
Bununla da, 31 dekabr 2025-ci il tarixinə Fondun cəmi aktivlərinin həcmi 7.5% və ya 122,1 milyon manat artaraq 1,739,869,260 AZN-ə çatıb.
2025-ci il ərzində ümumi, inzibati və sair əməliyyat xərclərində müşahidə olunan artım bərpa və yenidənqurma işlərinə yönəldilən dəstəyin həcminin genişlənməsi, habelə fandreyzinq və kommunikasiya fəaliyyətinin intensivləşməsi ilə bağlıdır.
Eyni zamanda qeyd olunmalıdır ki, 2025-ci il üçün Fondun hesablanmış mənfəət vergisi xərci 19,180,494 AZN təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 4,584,472 AZN (31.41%) çoxdur. Qeyd edək ki, ianələr mənfəət vergisinə cəlb edilmir — vergi yalnız Fondun investisiya fəaliyyətindən əldə etdiyi gəlirlərdən hesablanır.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2025-ci il üzrə açıqladığı siyahılara əsasən, Qarabağ Dirçəliş Fondu ölkənin 100 ən böyük vergi ödəyicisi sırasında hər iki istiqamət üzrə yer alıb, belə ki, Fond dolayı vergilər (ƏDV və aksizlər) istisna olmaqla hesablanan vergi öhdəlikləri üzrə 43-cü, ödənilmiş vergilərin ümumi məbləği üzrə isə 74-cü pillədə qərarlaşıb.
Fondun hesabatları və auditorun rəyi ilə Fondun rəsmi saytında Azərbaycan və ingilis dillərində tanış olmaq olar.
Azərbaycan dilində:
İngilis dilində:
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondunun Nizamnaməsinə əsasən, Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Bu standartlara uyğun olaraq, Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək Müşahidə Şurasının əsas vəzifələrindən biridir.
/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb
Bu ərazilərdə işıq olmayacaq
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə 'Oxunguzar' incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyuldu - FOTO
Prezident Zəngəzur dəhlizi barədə danışdı
İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var
FHN: Ötən həftə 6 nəfərin meyiti tapılıb
Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu
İlxom Maxkamov: 'Özbəkistan və Azərbaycan aviareyslərin sayını həftədə 40-a çatdıracaq
Su sızması ustası hansı xidmətləri göstərir?
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
Azərbaycanda 'Netflix' və 'eBay' vergi uçotuna alınıb
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq
Başına 1 milyon qoyulmuşdu - Kriminal avtoritet İsraildə qətlə yetirildi
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb