"Trendyol"da "Əfsanə günlər " başlayır
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" noyabr ayının səbirsizliklə gözlənilən alış-veriş mövsümündə "Əfsanə günlər" kampaniyasını təqdim edir.
22-28 noyabr tarixlərini əhatə edəcək kampaniya müddətində "Trendyol"un Azərbaycandakı istifadəçiləri "NOYABR25" promo kodu ilə 25 faiz (maksimum 20 AZN-ə qədər) endirimdən faydalana biləcəklər.
Kampaniya çərçivəsində dəb, kosmetika və ev kateqoriyaları üzrə geniş məhsul çeşidi sərfəli qiymətlərlə təqdim olunacaq. Qış qarderobunun əsas elementlərindən dəbli geyimlərə, ayaqqabı və aksesuarlardan baxım vasitələrinə, kosmetikadan ev dekorasiyası və mətbəx ləvazimatlarınadək bir çox məhsul istifadəçilərə təklif ediləcək. Bundan əlavə, təmizlik və şəxsi gigiyena məhsullarını da endirimli qiymətlərlə almaq mümkün olacaq.
"Əfsanə günlər"in fürsətləri bununla bitmir. Müxtəlif məhsullara 60 faizədək endirimlər, səbətdə özəl kuponlar tətbiq olunacaq. Alış-veriş həvəskarları kupon və endirim kodlarından istədikləri məhsullarda istifadə edə biləcəklər.
Kampaniya müddətində alış-veriş təcrübəsini daha sərfəli etmək istəyən istifadəçilər "Trendyol Plus" abunəliyinin imkanlarından da faydalana bilərlər.
Azərbaycanda bu abunəliyin ilk ayını cəmi 1 AZN ödəməklə aktivləşdirmək mümkündür. Sonrakı aylarda isə xidmətin aylıq haqqı 5,49 AZN təşkil edir.
"Trendyol Plus" üzvlərinə hər ay 10 ödənişsiz çatdırılma fürsəti, həmçinin yalnız abunəçilər üçün nəzərdə tutulan eksklüziv endirimlər təklif olunur.
"Trendyol", "Bu noyabr da hər kəs Trendyolda" konsepti ilə 12 milyondan çox məhsula xüsusi endirimlər təqdim edir. / azxeber.com

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı