Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub

Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunubAzərbaycan və Dünya Bankı (WB) arasında dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsini müzakirə edilib.
azxeber.com xəbər verir ki, maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays və Avropa və Mərkəzi Asiya regionunda rifah məsələləri üzrə regional praktika direktoru Abebe Aduqnanın daxil olduğu nümayəndə heyətini qəbul edib.
Məlumata görə, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, makroiqtisadi sabitlik və fiskal dayanıqlıq, iqtisadiyyatın şaxələndirilməsi dövlət maliyyəsinin idarə edilməsi və dövlət müəssisələrində aparılan islahatlar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Nazir Sahil Babayev Azərbaycanın Dünya Bankı ilə uzunmüddətli tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq Bankın ölkəmizin iqtisadi inkişafına, institusional islahatlara və dövlət sektorunun modernləşdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, məhsuldarlığın artırılması və dayanıqlı iqtisadi artım istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib.
Makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlığın gücləndirilməsinin hökumətin əsas prioritetləri sırasında olduğunu bildirən S.Babayev dövlət maliyyəsinin səmərəli idarə edilməsi, fiskal intizamın möhkəmləndirilməsi, büdcə xərclərinin səmərəliliyinin artırılması və neft-qaz gəlirlərindən asılılığın mərhələli şəkildə azaldılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyri-neft sektorunun inkişafı, özəl investisiyaların təşviqi və ixrac potensialının genişləndirilməsinin uzunmüddətli iqtisadi artım baxımından əhəmiyyəti vurğulanıb.
Dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlara toxunan S.Babayev büdcə planlaşdırılması, icrası, xəzinədarlıq əməliyyatları və maliyyə hesabatlılığının vahid rəqəmsal mühitdə inteqrasiyasını nəzərdə tutan "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin (RDMİS) yaradılması, proqram və nəticə əsaslı büdcə mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də dövlət satınalmalarının rəqəmsallaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Bu sahələrdə Dünya Bankı ilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə dövlət müəssisələrinin maliyyə idarəetməsi və nəzarəti sahəsində həyata keçirilən islahatlar da diqqət mərkəzində olub. Dövlət müəssisələrinin maliyyə intizamının, korporativ idarəetməsinin və dividend siyasətinin təkmilləşdirilməsi, habelə potensial fiskal risklərin idarə olunması istiqamətində Dünya Bankı ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Bu kontekstdə Dünya Bankı Qrupu ilə birgə 2027-ci il aprel ayında Bakıda keçirilməsi planlaşdırılan Dövlət Müəssisələri üzrə Qlobal Konfransa hazırlıq məsələlərinə də toxunulub. Konfransın dövlət müəssisələrinin idarə olunması və maliyyə dayanıqlığının gücləndirilməsi sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma olacağı bildirilib.
Tərəflər, həmçinin Dünya Bankının dəstəyi ilə hazırlanmış mühasibat uçotu və audit sahəsində Standartlara və Məcəllələrə Riayət Olunmasının Qiymətləndirilməsi (ROSC) üzrə hesabat layihəsini və onun tövsiyələrini nəzərdən keçiriblər. Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə hesabatlarının keyfiyyətinin və şəffaflığının artırılması, auditə nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də əlavə müzakirə tələb edən məsələlər üzrə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə Dünya Bankının iqtisadi artım və şaxələndirmə üzrə analitik fəaliyyətinin növbəti mərhələsi, habelə kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi, nəqliyyat və şəhər infrastrukturu sahələrində perspektiv investisiya layihələri ətrafında da fikir mübadiləsi aparılıb.
Dünya Bankının nümayəndələri Azərbaycan ilə tərəfdaşlığın inkişafını yüksək qiymətləndirərək ölkəmizin iqtisadi və institusional islahatlarının dəstəklənməsi, dövlət maliyyəsinin idarə edilməsi və dövlət müəssisələri sahəsində texniki, analitik və maliyyə əməkdaşlığının davam etdirilməsinə maraqlarını ifadə ediblər.

İqtisadiyyat       Tarix: 15 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətləri

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat

26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər

Bakının Biləcəri qəsəbəsində,"Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın BiləcəriYaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdimolunur. Tikinti mərhələsind

Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri Zəfər abidəsini ziyarət ediblər. xəbər verir ki, ziyarət çərçivəsində sahibkarlar abidə önünə gül dəstələr


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri hava sonxeber cəbhədən son durum