"Qarabağ gecəsi - Şuşa" adlı xeyriyyə konserti keçirilib

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə ölkəmizin musiqi beşiyi sayılan Şuşa şəhərində "Qarabağ gecəsi - Şuşa" adlı xeyriyyə konserti keçirilib.
azxeber.com xəbər verir ki, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan və QDF tərəfindən "YAMAHA" istehsalı olan böyük konsert royalının Şuşa şəhərinə hədiyyə edilməsinə həsr edilən konsertdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri və Şuşa sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verib:
"Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra işğaldan azad edilən ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri aparılır.
Artıq ənənə halını alan "Qarabağ gecəsi" xeyriyyə konserti də doğma Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə keçirilir.
Onu da bildirim ki, həm öncəki konsertlər, həm də bugünkü konsert maestro Fərhad Bədəlbəylinin təşəbbüsü ilə keçirilib:
"İnanıram ki, bu gün Şuşa şəhərinə hədiyyə edəcəyimiz bu musiqi aləti Şuşanın əvvəlki musiqi şöhrətini özünə qaytarmasına böyük töhfə verəcək".
Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli çıxış edərək "Qarabağ gecəsi" xeyriyyə konserti ilə bağlı fikirlərini bölüşüb, onun işğaldan azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasına verdiyi töhfəni xüsusi olaraq vurğulayıb.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. 
Xalq artistləri Fərhad Bədəlbəyli və dünya şöhrətli tenor Yusif Eyvazov, solistlər Yeganə Axundova (piano), Gülnaz İsmayılova (soprano), Mahir Tağızadə (bariton), Nəzrin Aslanlı (violin), Qəmər Kərimli (violin), eləcə də Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri bir saatdan artıq davam edən konsert zamanı qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.
Dünya şöhrətli tenor Yusif Eyvazov Azərbaycan klassik musiqisi ilə yanaşı, İtaliya klassik musiqisini, o cümlədən Neapol mahnılarını böyük məharətlə ifa edib. Eyni zamanda maestro Fərhad Bədəlbəylinin bəstələdiyi "Dəniz" kompozisiyası və "Ave Maria" əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konserdən sonra Şuşa şəhər sakini, filologiya elmləri doktoru İlhami Cəfərsoylu çıxış edərək işğaldan azad edilmiş ərazilərin, o cümlədən Şuşa şəhərinin bərpasına verdikləri töhfəyə görə konsertin bütün təşkilatçılarına dərin təşəkkürünü bildirib.
Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fondu tərəfindən Qarabağın dirçəlişinə ianələrin cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə təşkil olunan "Qarabağ gecəsi" xeyriyyə konsertinin keçirilməsi fondun müxtəlif illərdə korporativ donorları, o cümlədən "Avrora Qrup", "İTALDIZAYN" QSC, Veysəloğlu Şirkətlər Qrupu, "Azərlotereya" ASC və "Reform Group" MMC-nin dəstəyi ilə təşkil olunub.

Sosial       Tarix: 25 sentyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gürcüstanda oxumaq üçün qaydalar dəyişir

Gürcüstan hökuməti ölkə universitetlərinə xarici vətəndaşların qəbulu üçün kvota tətbiq edəcək və təhsil prosedurlarını müəyyən edəcək. "Sputnik Georgia"ya istinadən xəbər verir ki, hazırda Gürcüstan parlament

Space' TV-də yüksək vəzifəyə təyinat

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub. -a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"i

Göygöldə 2 uşaq göldə boğularaq ölüb

Göygöl rayonunda 2 nəfər göldə boğularaq ölüb. 2 nəfərin göldə çimən zaman batdığı bildirilir. Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. Xilasedicilər tərəfindən hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb. İlki

Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK

Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır. Bu barədə -a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni dəstək aləti aqrar sahəyə özəl sekto

Bu şəxslər hərbi xidmətə aparılmır

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edir. bildiri

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saa

Azərbaycanda əhalinin gəlirləri artdı

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhalinin nominal gəlirləri artıb. xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin ümumi gəlirləri 37 milyard 699,8 milyon manat təşkil edib. Bu göstərici ötə

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

"Xalq artisti Flora Kərimova dörd gündür ki, xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hazırda Flora xanımın səhhəti yaxşıdır"

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının daha bir partiyasının göndərilməsi nəzərdə tutulur. KONKRET.azapa-ya istinadən xəbər verir ki, Biləcəri stansiyasından 17 vaqonla ümumilikdə 984 ton dizel yanacağı yol


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən yeni xəbərlər xeberler azerbaycan krimnal xeber xankendi