"Qarabağ indi tamamilə Azərbaycanın nəzarəti altındadır" - İqor Korotçenko
"Uzun müddətdir davam edən qanlı münaqişəyə son nöqtə qoyulub. Qarabağ Azərbaycanın tam nəzarətinə keçir, ermənilərin qanunsuz silahlı dəstələri, Ermənistan ordusunun hərbi birləşmələri Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara uyğun olaraq Qarabağı tərk edir və tərk-silah olunur".
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko deyib.
Politoloq bildirib ki, müasir dövrdə tarixi an yaşanır:
"Biz möhtəşəm hadisənin şahidi oluruq. Yəqin müasir dövrdə ilk dəfədir ki, əraziləri işğal olunmuş ölkə qələbə qazanıb, oraya qayıdıb və bərpa edib. Ən əsası, bundan sonra keçmişə dönüş olmayacaq".
İ.Korotçenko Prezident İlham Əliyevi görkəmli siyasətçi adlandırıb:
"Məhz onun şəxsi keyfiyyətləri, strateji düşüncəsi və dəmir iradəsi sayəsində Azərbaycan dövləti zəfər qazanıb".
Ekspert, həmçinin Azərbaycan ilə Rusiya arasında sıx, yaxşı münasibətlərin və əməkdaşlığın davam edəcəyinə, möhkəmlənəcəyinə ümid bəslədiyini, buna əmin olduğunu ifadə edib.
O əlavə edib ki, iki ölkə arasında münasibətlərin əsasını xalqların, prezidentlərin uzunmüddətli dostluğu və təbii ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə təşkil edir. Report
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ