"Qarabağ məsələsi SSRİ-nin daxili işidir" - Ayvazyan
Xankəndidə oturan separatçı parlament Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərə müraciət edərək Qarabağın müstəqilliyini tanımağı xahiş edib. "Luys" informasiya-analitik mərkəzinin rəhbəri, "Anti-Nasist Cəbhəsi" təşəbbüsünün koordinatoru Ayk Ayvazyan məktubun mətnini savadsız və bilərəkdən yazıldığını vurğulayıb.
KONKRET.az həmin fikirləri təqdim edir:
"Məktubu tərtib edənlər geopolitik cəhətdən çox savadsızdırlar. Çünki həmin mətndə geosiyasi reallıq nəzərə alınmayıb. Beynəlxalq ictimaiyyətin Qarabağı müstəqil dövlət kimi tanıyacağına kimsə inanırmı? Yəni Avropa Birliyi deyəcək ki, "mən Azərbaycanla strateji layihələrimi ləğv edirəm, çünki Qarabağı müstəqil dövlət kimi tanımaq bizə hava və su kimi lazımdır". Gülməlidir, deyilmi? Hər kəs nəhayət dərk etməlidir ki, beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın tərkib hissəsidir.
Sadəcə yeganə çıxış yolu o idi ki, Qarabağ SSRİ qanunları əsasında müstəqillik prosesinə başladığı üçün bu məsələ SSRİ-nin varisi olan bir dövlətlə, Rusiya ilə müzakirə olunmalıydı. Əvvəla, bu, Rusiya üçün də faydalıdır. İkincisi, Rusiya üçün presedentdir. Ona görə ki, SSRİ ərazisində başqa mübahisəli məsələlər də var. Və əgər Qarabağ məsələsi beynəlxalq normalarla deyil, SSRİ-nin daxili qanunları ilə müzakirə edilsəydi, indi buna dair bir presedent yaranacaqdı. Əslində, Qarabağ məsələsi SSRİ-nin daxili işidir. Bu, beynəlxalq birliyin işi deyil və beynəlxalq birliyin SSRİ-nin daxili işlərinə qarışmaq hüququ yoxdur".
Rəsmiyyə Şərifova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi