Qarabağ müharibəsindən sonra İranın qorxusu: Zərif niyə tura çıxdı?

Qarabağ müharibəsindən sonra İranın qorxusu: Zərif niyə tura çıxdı?İranda Dağlıq Qarabağdakı döyüş əməliyyatları dövründə bölgədə nələrin baş verdiyini tam anlamırdılar, amma indi proseslərə çatmağa çalışırlar.
Publika.az xəbər verir ki, bunu Rusiyanın qlobal məsələlər üzrə baş redaktoru Fyodor Lukyanov deyib.
İslam Respublikası Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin regional səfərlərini şərh edən mütəxəssis bildirib ki, bu, İranın regional proseslərdən geri qalmamaq təşəbbüsləridir: "İran baş verənlərdən son dərəcə həyəcan keçirir. Son bir neçə ayda iranlı həmkarlarımla müxtəlif səviyyələrdə maraqlı əlaqələr qurdum. Əmin oldum ki, birincisi, onlar bölgədə baş verən dəyişikliklərdən son dərəcə narahatdır. İkincisi, hansı dəyişikliklərin baş verdiyini anlamırlar".
Xüsusilə Tehranda Rusiya ilə Türkiyə arasındakı qarşılıqlı əlaqələrin xüsusiyyətləri aydın deyil. Türkiyənin fəaliyyəti onlar üçün suallar doğurur.
Lukyanova görə, Qarabağdakı müharibə zamanı İranın passivliyi məhz bundan qaynaqlanıb: "Bu vəziyyətdə hansı mövqedə dayanacaqları, necə davranacaqları, regional vəziyyətin bundan sonra necə inkişaf edəcəyini özləri üçün aydınlaşdıra bilmədilər. İndi daha işgüzar istiqamət seçdilər. Əsas narahatlıqları kənarda qalmamaqdır".
O bildirib ki, İranla Rusiya arasında kifayət qədər yaxın, lakin birmənalı olmayan münasibətlər mövcuddur. Heç kim İranı incitmək istəmir, amma Moskva, Ankara, İrəvan və Bakı Tehranın bir növ iştirakçı olmasında nə dərəcədə maraqlıdır - burada uyğunsuzluqlar var: "Ancaq İran diplomatiyası əzmkarlığı və bacarıqları ilə tanınır. Buna görə də düşünürəm ki, onlar proseslərə çatacaqlar. Axı İran bölgədə mühüm oyunçudur və diqqətdənkənar qala bilməz. Xüsusilə, bu, Yaxın Şərq və ilk növbədə Suriyaya aiddir".
Qeyd edək ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Cənubi Qafqaz ölkələri, Rusiya və Türkiyə səfərə çıxıb. Bakı və Moskva görüşlərindən sonra bu gün İrəvana yola düşən nazir daha sonra Tiflis və Ankaranı ziyarət edəcək.
Zümrüd

Dünya       Tarix: 27 yanvar 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun axsam az xeberler xeber.az 2026 cəbhədən son məlumatlar