"Qarabağ" - "Neftçi" oyununun vaxtı açıqlandı
Mayın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli müəyyənləşib.
Publika.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, görüşlərin hamısı mayın 19-da keçiriləcək. "Neftçi" və "Qarabağ" komandaları arasındakı çempionluq qarşılaşması Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da saat 20:30-da başlanacaq.
Qalan 3 görüş isə daha erkən - saat 18:00-da start götürəcək. Həmin görüşlərdə "Səbail" klubu "Sumqayıt"ı, "Sabah" komandası "Zirə"ni, "Keşlə" isə "Qəbələ"ni qəbul edəcək.
Turun iki görüşü "CBC Sport" telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.
İyirmi yeddi turdan sonra aktivində 57 xalı olan "Qarabağ" birinci, 56 xalı olan "Neftçi" ikinci, 38 xalla "Zirə" üçüncü, 36 xalı olan "Sumqayıt" isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Sabah" (26), "Qəbələ" (26), "Səbail" (24) və "Keşlə" (23) yer alıblar.
Xidmetler [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq